Rasim Əliquliyev Mədəniyyət kanalında çıxış edib KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTV-nin Mədəniyyət kanalının “Səhərçağı” verilişinin qonağı olub.
KONKRET.az xəbər verir ki, akademik Rasim Əliquliyev kibertəhlükəsizliyin müasir cəmiyyətdə ümumi təhlükəsizliyin əsas dayaqlarından biri olduğunu qeyd edib. Rəqəmsallaşma proseslərinin dərinləşməsi fonunda süni intellekt və digər rəqəmsal texnologiyaların bir çox sahələrdə geniş tətbiq edildiyini bildirən alim, bu inkişafın kibertəhlükəsizlik risklərini də artırdığını söyləyib.
AMEA-nın vitse-prezidenti son illər Azərbaycanda rəqəmsal dövlətin formalaşdırılması, onun arxitektur dayaqlarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını, bu sahədə dövlət siyasətinin formalaşdırıldığını və strateji sənədlərin qəbul edildiyini diqqətə çatdırıb. Alim eyni zamanda kibertəhlükəsizlik sahəsində müvafiq qurumların qarşısında duran əsas vəzifələrə toxunaraq, dezinformasiya ilə mübarizə və insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 03 İyul 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















