Rasmussen: Amerikalıların əksəriyyəti Kamala Harrisin 2028ci il seçkilərində namizəd olmasını istəmir AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 11 dekabr, AZƏRTAC
Amerika seçicilərinin təxminən üçdə ikisi vitse-prezident Kamala Harrisin 2028-ci il seçkilərində Demokratlar partiyasından namizəd kimi irəli sürülməsinə qarşıdır.
AZƏRTAC xəbər verir ki, bunu “Rasmussen” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Məlumata görə, sorğuda iştirak edənlərin 61 faizi demokratların seçkilərə başqa namizədlə getməli olduğunu düşünür. Respondentlərin 24 faizi isə Kamala Harrisin yenidən namizədliyini irəli sürməsinin daha yaxşı olacağını bildirir.
Dekabrın 1-dən 3-dək keçirilmiş sorğuda təxminən 1300 potensial amerikalı seçici iştirak edib.
Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilmiş prezident seçkilərində respublikaçı Donald Tramp hakim Demokratlar partiyasının namizədi Kamala Harris üzərində inamlı qələbə qazanıb. Birləşmiş Ştatların hazırkı lideri demokrat Cozef Bayden 2025-ci il yanvarın 20-də dövlət başçısı səlahiyyətlərini xələfinə təhvil verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















