Amerikalıların əksəriyyəti Trampın fəaliyyətindən narazıdır Sorğu
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ sakinlərinin əksəriyyəti hesab edir ki, Prezident Donald Tramp iqtisadi sahədə, digər ölkələrlə ticarətdə və beynəlxalq münaqişələrdə problemləri düzgün idarə etmir.
"Report" xəbər verir ki, bunu "Associated Press-NORC"un sorğusunun nəticələri sübut edir.
Belə ki, respondentlərin 56 %-i dövlət başçısının Ukrayna ilə bağlı siyasətini yanlış hesab edir, yalnız 41 %-i onları bəyənir.
Oxşar tendensiya Fələstin-İsrail münaqişəsi məsələsində də özünü göstərir. Trampın bu münaqişəyə yanaşmasını respondentlərin 54 %-i bəyənmir, respondentlərin yalnız 44%-i prezidentin qərarlarını dəstəkləyir.
Sorğu iştirakçılarının 58 %-i Amerika administrasiyası rəhbərinin iqtisadi siyasətini düzgün hesab etmir, 40 %-i isə bu və ya digər dərəcədə etimad göstərir.
Trampın digər ölkələrlə ticarət sahəsindəki təşəbbüslərini 38 % düzgün hesab edir, 60 % isə əks fikirdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 01 Aprel 2025 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















