Icma.az
close
up
RU
Rauf Arifoğlu: Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı

Rauf Arifoğlu: Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Ruben Vardanyan Xankəndiyə birdəfəlik köçmək qərarı verəndə Laçın yoluna rus sülhməramlıları nəzarət edirdi. Amma bu qanunsuz səfərin siyasi qapısı İrəvanda açılmışdı. Paşinyan hakimiyyəti istəsəydi, onun qarşısını almaq üçün siyasi iradə göstərərdi. Göstərmədi. Çünki həmin vaxt Vardanyanın Qarabağa gəlişi Ermənistanın siyasətinə uyğun idi".

Bunu BAKU.WS-ə açıqlamasında "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

Onun sözlərinə görə, 2022-ci ilin sentyabrındakı köç onun Qarabağla ilk təması deyildi:

"Vardanyan bundan əvvəl də işğal altında olan Azərbaycan ərazilərinə dəfələrlə qanunsuz səfər etmiş, separatçı rejimə pul xərcləmiş, müxtəlif layihələr həyata keçirmişdi. Hələ 2008-ci ildə Qarabağda separatçılar tərəfindən təşkil edilən kütləvi toy mərasimində iştirak etmişdi. 2021-ci ilin avqustunda isə Xocalı rayonunun Xanyurdu kəndində maliyyələşdirdiyi çörək sexinin açılışına gəlmiş, yerli erməniləri həmin ərazilərdə qalmağa çağırmışdı.

Deməli, onun sonradan Qarabağa "köçməsi" ani qərar deyildi. Ərazini tanıyır, adamlarını müəyyənləşdirir, maliyyə və siyasi dayaqlarını qururdu. Köç qərarı həmin uzunmüddətli hazırlığın son mərhələsi idi.

Vardanyanın Qarabağa gəlib-getdiyi illərdə Paşinyan indiki kimi özünü reallığı qəbul etmiş konstruktiv siyasətçi kimi göstərmirdi. 2018-ci ildə oğlunu Qarabağa hərbi xidmətə göndərmişdi. 5 avqust 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. Ermənistan ordusunu güclü sayır, Azərbaycanı yeni müharibə ilə çəkingən duruma sala biləcəyinə inanırdı.

Belə bir siyasi şəraitdə Vardanyanın Qarabağa səfərlərinə niyə mane olmalı idilər? Əksinə, həmin illərdə jurnalistlər, Fransa və Rusiya deputatları, diaspor nümayəndələri Ermənistan üzərindən Qarabağa daşınırdı. Azərbaycan ərazisinə qanunsuz giriş adi hala çevrilmişdi. Vardanyan da bu açıq qapıdan keçən ən imkanlı və ən iddialı fiqur oldu".

O, 1 sentyabr 2022-ci ildə Rusiya vətəndaşlığından çıxacağını və Qarabağa köçəcəyini açıqladı. Qərarını "çətin, amma doğru" adlandırdı. Ardınca "Artsaxı xilas etmək həyatımın əsas məqsədidir" dedi. Noyabrın 4-də separatçı rejimin "dövlət naziri" vəzifəsinə gətirildi".

Rauf Arifoğlu hesab edir ki, Ruben Vardanyan Rusiya layihəsi idi. Arxasında böyük pullar, Rusiyadakı erməni oliqarxları, diaspora, erməni kilsəsi və Rusiyanın müəyyən siyasi-xüsusi xidmət dairələri dayanırdı:

"Plan da sadə deyildi. Vardanyan əvvəlcə Qarabağda bir "uğur modeli" yaratmalı, erməni əhalisini öz pulu və xaricdən gətirdiyi vəsaitlə separatçı rejim ətrafında saxlamalı idi. Özünü ermənilərin xilaskarı kimi tanıtdıqdan sonra bu şöhrəti və siyasi kapitalı Ermənistana daşımağı düşünürdü.

Bu, müəyyən mənada İvanişvili modelinə bənzəyirdi: milyarder (broker-lider) gəlir, sərvəti və himayədarlıq şəbəkəsi ilə ictimai rəyi, hətta rəqiblərin bir qismini satın alır, sonra hakimiyyəti tam götürür. Vardanyan da yalnız Qarabağdakı separatçı rejimə deyil, gələcəkdə Ermənistan siyasətinə nəzarət etmək niyyətində idi.

İlk vaxtlar bu layihə Paşinyana da sərf edirdi. Qarabağdakı separatçı xətt qorunur, məsuliyyət isə Xankəndidəki rejimin üzərində qalırdı. Lakin Vardanyanın müstəqil maliyyə və siyasi dayaqları gücləndikcə Paşinyan anladı ki, bu adam yalnız Azərbaycan üçün deyil, onun hakimiyyəti üçün də təhlükəyə çevrilə bilər. Bundan sonra maraqlar toqquşdu.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 23 dekabr 2022-ci ildə Vardanyanın ölkəyə qanunsuz daxil olduğunu, fəaliyyətinin cinayətkar-avantürist xarakter daşıdığını bildirdi və onun Qarabağdan dərhal çıxmasını tələb etdi.

Vardanyanın həyasızca cavabı onun bütün dosyesini açırdı. O dedi ki, Qarabağ ermənilərinin qarşısında üç yol var: Azərbaycana inteqrasiya etmək, çıxıb getmək və ya mübarizə aparmaq. Sonra əlavə etdi: "Mən buradayam, mübarizə aparıram, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam".

R.Arifolu həmçinin qeyd edib ki, bu, sadəcə bəyanat deyildi. Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına açıq çağırışla müqavimət idi:

"Vardanyan insanlara sülh və birgə yaşayış deyil, yeni qarşıdurma təklif edirdi. Xaricdən kömək gələcəyi, Rusiyanın və diasporun onları xilas edəcəyi barədə təhlükəli illüziya yaradırdı. Azərbaycan rəhbərliyinə qarşı təhdid dilində danışır, dialoqa meyilli erməniləri susdururdu.

Nəticədə Qarabağ erməniləri separatçı elitanın, xarici güclərin və Vardanyanın şəxsi hakimiyyət planının girovuna çevrildilər.

Ermənistan Vardanyanın Qarabağa gəlməsinə təsadüfən imkan verməmişdi. O zaman İrəvanın məqsədi separatizmi yaşatmaq, erməni əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almaq idi. Vardanyan bu siyasətin maliyyəçisi, siyasi siması və əsas icraçılarından biri oldu.

O, Qarabağa erməniləri xilas etməyə deyil, onların taleyindən özünə hakimiyyət pilləsi düzəltməyə gəlmişdi. Buna isə Azərbaycan dövləti imkan vermədi. İnun və humayədarlarının bütün planları suya, özü isə həbsxanaya düşdü".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Sentyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri