Icma.az
close
up
RU
Rauf Arifoğlu Sərdar Cəlaloğluna cavab verdi: “Yalan və yanlışdır”

Rauf Arifoğlu Sərdar Cəlaloğluna cavab verdi: “Yalan və yanlışdır”

Icma.az, Modern.az saytına istinadən bildirir.

ADP sədri Sərdar Cəlaloğlu MediaTürk TV efirində çıxışı zamanı son həbslərlə bağlı bir sıra açıqlamalar verib.

Modern.az xəbər verir ki, bu zaman Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlunu da Milli Şura qurucusu və o qurumun rəhbərlərindən biri kimi təqdim edib. Bu səbəbdən də R. Arifoğlunun da istintaqa cəlb olunmasını tələb edib.

Onun bu açıqlama və iddialarına Rauf Arifoğlu cavab verib:

“Sərdar Cəlaloğlu MediaTürk TV efirində çıxışı zamanı bir sıra faktları təhrif edib və mənim adımın da bu mövzuda yanlış şəkildə hallandırıb. O, iddia edir ki, guya mən Milli Şuranın qurucularından olmuşam və bu gün istintaqa cəlb olunmalı şəxslər sırasında mənim də adım çəkilməlidir. Bu fikir tamamilə yalan və əsassızdır, ictimaiyyət üçün dəqiqləşdirilməlidir.

Mən Milli Şuranın qurucusu olmamışam və həmin layihənin yaradılmasına 2013-cü ildə açıq şəkildə qarşı çıxmışam. Bu mövqeyimi həmin dövrdə rəhbəri olduğum media orqanlarında, digər KİV-lərdə başlıqlarda, reportajlarda, köşə yazılarında dəfələrlə bəyan etmişəm. Bununla yanaşı, o zaman müxalifətin yuxarı koordinasiya strukturu olan İctimai Palatanın rəhbərlərindən biri kimi, eyni mövqeyi Ali Kərimli, İsa Qəmbər və digər şəxslərin iştirak etdiyi iclaslarda da açıq şəkildə demişəm.

2019-cu ilin sentyabrında “AzLogos”a verdiyim geniş müsahibədə də Milli Şura layihəsinin mahiyyətini, arxa planını, təhlükəli yönlərini tam təfsilatı ilə izah etmişəm. Həmin müsahibə son günlər yenidən gündəmə gəlib, geniş yayımlanıb və bir çoxlarının indi dilə gətirməyə çalışdığı faktlar mənim tərəfimdən o vaxt açıq şəkildə qeyd olunub.

Mənim mövqeyim dəyişməzdir: Milli Şura layihəsi Rusiyanın siyasi ssenarisi idi. Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə müxalifəti bir çətir altında toplamaq təşəbbüsü Azərbaycan dövlətçiliyi üçün riskli və təhlükəli layihə idi. Biz bunu o zaman da açıq deyirdik, indi də deyirik.

Belə olan halda Sərdar Cəlaloğlunun efirdə faktları təhrif etməsi, aparıcının da buna müdaxilə etmədən efirdə səslənən yanlışlıqları sərbəst buraxması təəssüf doğurur. Heç kim mənə aid olmayan bir prosesə mənim adımı calaya bilməz. Bu, nə siyasi, nə mənəvi, nə də peşə etikasına uyğundur.

Mən bu iddiaları rədd edirəm və bildirirəm ki, bu cür yanlış informasiyalar ictimai rəyə qəsdən çıxarılır. Bu mövzuda danışmaq istəyən hər kəs mənim həmin illərdəki açıqlamalarıma, yazılarıma, müsahibələrimə nəzər yetirsin – hər şey açıq və yazılı şəkildə ortadadır.

Sərdar bəy növbəti dəfə faktlara söykənmədən barəmdə yalan-yanlış danışdığı üçün ona bir daha xatırladıram: Mən Milli Şuranın qurucusu olmamışam və o layihəyə qarşı olmuşam. Bu barədə də yüzlərlə yazı, açıqlama, bəyanat, müsahibə vermişəm. Son günlər isə sayt, qəzet və TV efirlərindən bununla bağlı çoxsaylı açıqlamalarım olub. Məndən az qala bütün media quruluşları rəy alıblar, əksər siyasətçilər bu mövzuda yazarkən, danışarkən mənim 2019-cu il müsahibəmdən sitatlar gətiriblər. Necə olur ki, bütün bunlara rəğmən Sərdar Cəlaloğlu məni Milli Şuranın qurucusu elan edir? Adamın içindəki qərəz bu qədərmi böyükdür ki, bunca faktları görməzdən gəlir?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri