Icma.az
close
up
RU
Rauf Vəliyev 13 il sonra niyə vuruldu : beynəlxalq sanksiya riski, yoxsa...?

Rauf Vəliyev 13 il sonra niyə vuruldu : beynəlxalq sanksiya riski, yoxsa...?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad edilib. 13 ilə yaxın müddətdə bu quruma rəhbərlik etmiş Rauf Vəliyevin  işdən çıxarılmasının səbəbi barədə rəsmi açıqlama verilməsə də, bu qərara təsir göstərən ciddi amillərin olduğu istisna edilmir.

Globalinfo.az “AzPolitika”ya istinadən xəbər verir ki, Vəliyevin işdən azad olunmasının bir neçə  mühüm hadisə ilə bağlı olduğunu ehtimal etmək olar.

158 milyon manatlıq şübhəli istiqraz əməliyyatı

Birincisi, ötən ilin sonunda “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2024-cü il üzrə maliyyə hesabatında diqqətçəkən məqamlar yer alıb. Hesabatı şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, 14 iri müəssisəni birləşdirən və imkanlı dövlət şirkətlərindən biri olan QSC 2024-cü ili zərərlə başa vurub. Belə ki, şirkətin 2023-cü ildə 59,2 milyon manat olan əməliyyat mənfəəti 2024-cü ildə 18,4 milyon manat zərərə çevrilib.

Rövşən Ağayevin sözlərinə görə, Nazirlər Kabineti 2024-cü ilin mart ayında qərar qəbul edib və bu qərara əsasən “Xəzər Dəniz Gəmiçiliyi” başqa bir dövlət müəssisəsinin buraxdığı 158 milyon manatlıq istiqrazı alıb. Hesabatda həmin dövlət müəssisəsinin adı açıqlanmır.

İqtisadçı bildirir ki, bu istiqrazların 158 milyon manatlıq məbləğ bazar dəyəri kimi göstərilib. Lakin QSC istiqrazları bazar dəyərindən ucuz aldığı üçün yaranan 55,6 milyon manat fərq birbaşa şirkətin kapitalının artırılmasına yönəldilib.

Onun vurğuladığına görə, bu artım real xarakter daşımayıb. Çünki kapitalın artırılması zamanı nə pul, nə də əsas vəsait formasında faktiki qoyuluş olub. Hesabatdan görünür ki, bazar dəyəri 158 milyon manat göstərilən istiqrazlar üçün “Xəzər Dəniz Gəmiçiliyi” real olaraq cəmi 102,4 milyon manat ödəyib.

İqtisadçının fikrincə, prosesin ən problemli mərhələsi bundan sonra baş verir. Belə ki, cəmi bir neçə ay sonra həmin istiqrazların yüksək riskli qiymətli kağızlar olduğu açıqlanıb və onlar üzrə 69,6 milyon manat məbləğində dəyərsizləşmə tanınıb.

Sadə dillə desək, rəsmi sənədlərdə 158 milyon manat bazar dəyəri ilə göstərilən, faktiki olaraq 102,4 milyon manata alınan istiqrazların balans dəyəri 88,4 milyon manata düşüb.

Rövşən Ağayev bildirir ki, buradan belə nəticə çıxır ki, bu əməliyyatı rəsmiləşdirmək üçün borc kağızının dəyəri süni şəkildə şişirdilib. Sonradan isə həmin müəssisənin bu borcu qaytara bilməyəcəyi nəzərə alınaraq borcun demək olar ki, yarısı zərər kimi tanınıb və gələcəkdə geri qayıtmayacağı ehtimalı yüksək olan məbləğ maliyyə hesabatında əks etdirilib.

Rövşən Ağayev xatırladır ki, beynəlxalq kredit reytinq agentliklərinin, o cümlədən “Moody’s”-in təsnifatına görə bu mərhələ 100 faiz defolt riski olan mərhələ hesab olunur. Yəni həmin vəsaitin geri qayıtmama ehtimalı faktiki olaraq 100 faizdir.

Qeyd olunanlar bu əməliyyatla bağlı bir neçə kritik detal ön plana çıxır:

-İstiqrazlar CCC+ səviyyəsinə yaxın kredit riskinə malik kimi qiymətləndirilib;

– Emitentin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən aktivlər “defolt mərhələsi”nə keçirilib;

– 69,6 milyon manatlıq dəyərsizləşmə zərəri birbaşa kapitalda tanınıb;

– Emitentin adı hesabatda açıqlanmayıb.

Ekspertlərinin fikrincə, bu cür yüksək riskli əməliyyatlar dövlət şirkətləri üçün əlavə izah və şəffaflıq tələb edir. Hesabatda əməliyyatın hüquqi əsasları göstərilsə də, risklərin vaxtında idarə olunub-olunmaması sual altındadır.

AZCON faktoru: institusional qarşıdurma və yoxlamalarən aşkarladığı 

Vəliyevin işdən azad olunmasını şərtləndirən ikinci mühüm amil 7 noyabr 2024-cü ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması hesab olunur. Hansı ki, bu struktur yaradıldıqdan sonra ASCO müstəqil statusunu itirərək AZCON-un tərkibinə daxil edilib.

“Qaynarinfo”nun məlumatlara görə, yeni idarəetmə modelinə keçid Rauf Vəliyev və komandasında narazılıq yaradıb. Həmçinin ASCO-nun AZCON-a tabeçiliyinə qarşı daxili müqavimət cəhdləri olub.

2024-cü ilin yay aylarından etibarən AZCON tərəfindən ASCO və tabeli qurumlarda yoxlamalar aparılıb.

Yoxlamalar nəticəsində maliyyə və idarəetmə sahəsində ciddi pozuntular aşkarlanıb. Rəsmi açıqlamalar verilməsə də, bu prosesin nəticəsi olaraq ASCO sədrinin birinci müavini Mübariz Cabbarovun vəzifəsindən azad edilməsi faktı təsdiqlənib. Bu isə rəhbərliyin məsuliyyət zonasının geniş olduğunu göstərir.

Beynəlxalq sanksiya riski: ASCO gəmiləri diqqət mərkəzində

Rauf Vəliyevin işdən azad olunmasını şərtləndirən üçüncü və ən mühüm amil kimi Xəzər Dəniz Gəmiçiliyiyə məxsus gəmilərin beynəlxalq sanksiyalara məruz qalması hesab oluna bilər.

Belə ki, “Yeni Sabah”ın iddiasına görə, 2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyiyə məxsus və birgə sahibliyində olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Məlumata görə, bu gəmilərdən 2-si birbaşa ASCO-nun balansındadır, 3 gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə ortaq mülkiyyətdədir;

Sözügedən gəmilər Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahılarına daxil edilib.

ASCO rəhbərliyi bu məsələdə sanksiya tələblərinin pozulmadığını əsaslandırmaq üçün hüquqi apellyasiya prosesinə başladığını açıqlayıb. Lakin nəticələrin və vaxt çərçivəsinin qeyri-müəyyən qalması şirkətin həm əməliyyat, həm də maliyyə perspektivlərinə risk kimi qiymətləndirilir. Müşahidəçilərə görə, belə bir həssas dönəmdə rəhbərliyin dəyişdirilməsi hökumətin risklərin idarə olunması baxımından verdiyi siyasi-institusional mesaj kimi də oxuna bilər.

Uzunmüddətli rəhbərlik və dəyişən şərtlər

Xatırladaq ki, Rauf Vəliyev 2013-cü ildən etibarən ASCO-ya rəhbərlik edib, bundan əvvəl isə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. Uzunmüddətli rəhbərlik dövründə şirkət iri struktur dəyişiklikləri, beynəlxalq bazar riskləri və yeni institusional tələblərlə üzləşib.

“Qaynarinfo” qeyd edir ki, müşahidəçilərin fikrincə, məhz bu dəyişən şərtlərə adaptasiya problemləri yekun qərara təsir göstərən əsas faktorlar sırasındadır.

Rauf Vəliyevin işdən azad olunması təkcə kadr dəyişikliyi deyil, dövlət şirkətlərində idarəetmə, risklərin nəzarəti və yeni holdinq modelinə uyğunlaşma məsələlərinin ön plana çıxması kimi qiymətləndirilir. Beynəlxalq sanksiya riski, yüksək məbləğli və riskli maliyyə əməliyyatları, eləcə də AZCON-la institusional ziddiyyətlər bu qərarın arxa planını formalaşdıran əsas elementlər kimi görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see168

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see152

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see143

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see142

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see140

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see138

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see137

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri