Rauf Zeyni: Alyaska görüşü regionun gələcək sabitliyi üçün mühüm əhəmiyyət daşıyır
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni sabah Alyaskada keçiriləcək ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin görüşünün həm Azərbaycan, Ermənistan, Gürcüstan, həm də bütövlükdə region üçün əhəmiyyətini vurğulayıb.
QHT.az- a açıqlama verən Rauf Zeyni bildirib ki, görüş yalnız Cənubi Qafqaz ölkələrinə deyil, eyni zamanda Rusiya–Ukrayna müharibəsi, qlobal siyasət və beynəlxalq münasibətlər kontekstində də mühüm əhəmiyyət kəsb edir:
"Bu görüş müharibələrin dayandırılması, gələcək təhlükələrin qarşısının alınması, regional və qlobal sülhün təmin edilməsi baxımından çox vacibdir. Ona görə də bütün dünyanın diqqət mərkəzindədir."
QHT sədri həmçinin qeyd edib ki, avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış Memorandumun sülh prosesinə təsiri də bu görüşün nəticələrindən asılı ola bilər:
"Əgər görüş nəzərdə tutulduğu kimi müsbət nəticələrlə yekunlaşarsa, regionda stabilliyin qorunması, təhlükəsizlik, iqtisadi inkişaf, əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq üçün yeni imkanlar yaranacaq."
Rauf Zeyni sonda bütün diqqətin görüşdən sonra əldə olunacaq nəticələrə yönəldiyini vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı regionun inkişafı üçün mühüm əhəmiyyət daşıyır
22 Yanvar 2025 17:31
“Günahkarların cəzalandırılması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”
27 Dekabr 2024 21:43
“Bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır”
02 Avqust 2025 13:13
Türkiyəli ekspert: Vaşinqtonda atılan imzalar bölgə üçün mühüm əhəmiyyət daşıyır
09 Avqust 2025 22:56
Orban: Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır
23 Dekabr 2024 19:24