Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı regionun inkişafı üçün mühüm əhəmiyyət daşıyır

Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı regionun inkişafı üçün mühüm əhəmiyyət daşıyır

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan və Gürcüstan tarixi, coğrafi və mədəni ünsürləri təməl götürən mehriban qonşuluq əlaqələrinə malikdir. Bu iki qonşu ölkə arasında münasibətlər dostluq və strateji tərəfdaşlıq prinsiplərinə dayanır. Tarix boyu Azərbaycan və Gürcüstan arasında yaxın mədəni və iqtisadi əlaqələr formalaşmışdır. Azərbaycan və Gürcüstan coğrafi baxımdan bir-birinə çox yaxındır, bu da iqtisadi, siyasi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan yaratmışdır. Xəzər dənizi regionunda neft və qaz resurslarının Avropa bazarlarına çatdırılmasında ölkələr arasındakı iş birliyi olduqca vacibdir. Azərbaycan və Gürcüstan arasındakı siyasi mənasibətlər strateji tərəfdaşlıq üstünə qurulmuşdur. Beynəlxalq platformalarda bu iki ölkə bir-birini dəstəkləyir, regional sabitlik və təhlükəsizlik məsələlərində birgə çalışırlar. Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da güclənmək potensialına malikdir. Xüsusilə iqtisadiyyat, energetika, turizm və texnologiyalar sahəsində yeni imkanlar ölkələrarası münasibətlərin genişləndirilməsinə təkan verə bilər. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri, iki dost və qardaş ölkənin tarixi əlaqələrinə yenidən diqqət yönəltdi. Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mühüm görüş keçirmişdir. Bu görüş Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında əhəmiyyətli bir hadisə kimi qeyd olunur. Görüş zamanı Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulamışlar. Onlar ikitərəfli və regional əməkdaşlıq sahəsində əldə olunan uğurları müzakirə etmiş və bu əlaqələrin gələcək perspektivlərini nəzərdən keçirmişlər. Prezident İlham Əliyev çıxışında Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın regionun sabitliyi və inkişafı üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Baş nazir İrakli Kobaxidze öz növbəsində Gürcüstanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanın Gürcüstan üçün etibarlı tərəfdaş olduğunu və iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Görüşdə həmçinin enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilmişdir. Xüsusilə, "Cənub Qaz Dəhlizi" layihəsinin strateji əhəmiyyəti vurğulanmış və bu layihənin davamlı inkişafı üçün birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd olunmuşdur. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulamış və bu istiqamətdə əməkdaşlığı genişləndirmək üçün birgə fəaliyyət planları barədə razılığa gəlmişlər. Görüş səmimi və konstruktiv atmosferdə keçirilmişdir, bu da hər iki tərəfin əlaqələrin daha da gücləndirilməsi üçün sadiqliyini əks etdirmişdir. Bu görüş, Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə daha geniş miqyaslı layihələrin həyata keçirilməsi üçün mühüm zəmin yaratmışdır.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Bayramova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri