Icma.az
close
up
RU
Rayon Fövqəladə Hallar Komissiyasının sədri: Hacıqabulda sel sularının vurduğu ziyanla bağlı komissiya yaradılıb

Rayon Fövqəladə Hallar Komissiyasının sədri: Hacıqabulda sel sularının vurduğu ziyanla bağlı komissiya yaradılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hacıqabul, 7 may, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabulda ötən gündən yağan intensiv leysan rayon mərkəzində və bir neçə kənddə subasmaya səbəb olub. Baş verən hadisə ilə bağlı aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əhaliyə dəyən ziyanın öyrənilməsi üçün komissiya da yaradılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, leysan yağışlar nəticəsində rayon mərkəzi, həmçinin Muğan qəsəbəsi, Birinci Udulu, İkinci Udulu, Şorbaçı, Rəncbər, Qubalı Baloğlan, Pirsaatçay kəndlərində bir sıra ev və təsərrüfatlar subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin texnikaları və canlı qüvvələri ərazilərə cəlb edilib. Dəyən ziyanla bağlı araşdırma aparmaq üçün yaradılan komissiya təsərrüfatlara baxış keçirərək, vətəndaşları məlumatlandıracaq. Yaranan çətinliklərin aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir.

Qeyd edək ki, subasma hadisəsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də açıqlamaya yayıb. Bildirilib ki, ərazilərə cəlb olunmuş maşın-mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb. Çaylarda məcratənzimləmə işləri aparılıb, bəndlər möhkəmləndirilib və sahilbərkitmə tədbirləri görülüb. Udullu kəndindəki süni göldə su səviyyəsi yüksəldiyi üçün yaxınlıqdakı yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, yol infrastrukturu və digər obyektlərdə subasma təhlükəsinin qarşısını almaq məqsədilə zəruri tədbirlər yerinə yetirilib. Hazırda qabaqlayıcı tədbirlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri