Icma.az
close
up
RU
Rayonlara dotasiya ayrılmaması kimlərin maaşına təsir edəcək?

Rayonlara dotasiya ayrılmaması kimlərin maaşına təsir edəcək?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

2027-ci ilin dövlət büdcəsi layihəsində şəhər və rayonlara dotasiya ayrılmasının nəzərdə tutulmaması onların bütün xərclərini öz gəlirləri hesabına qarşılayacağı demək deyil. Təhsil, səhiyyə və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada davam edəcək.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Əli Məsimli Modern.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanda şəhər və rayonlara dövlət büdcəsindən maliyyə yardımının mərhələli şəkildə azaldılmasına 2013-cü ildən başlanılıb.

“2012-ci ildə yerli gəlir və xərcləri tənzimləmək üçün şəhər və rayonlara mərkəzləşdirilmiş xərclərdən 791,5 milyon manat ayrılması təsdiqlənmişdi. 2026-cı ilin büdcəsində isə bu yardım yalnız Xocavənd rayonu üçün 847 min manat saxlanılıb. Beləliklə, dotasiyanın ümumi məbləği təxminən 934 dəfə azalıb. 2027-ci ilin layihəsində isə 67 şəhər və rayonun heç birinə yerli xərclərini qarşılamaq üçün dotasiya nəzərdə tutulmur”, – Ə.Məsimli qeyd edib.

Ümumi gəlirlər artır, yerli gəlirlər isə azalır

Deputat bildirib ki, şəhər və rayonlar üzrə toplanan ümumi gəlirlərlə onların yerli xərclərinə yönəldilən gəlirləri fərqləndirmək lazımdır.

Onun təqdim etdiyi rəqəmlərə görə, 2021-ci ilin dövlət büdcəsində şəhər və rayonlar üzrə ümumi gəlirlər 7 milyard 250 milyon manat olduğu halda, 2027-ci ilin layihəsində bu məbləğ 18 milyard 430 milyon manat proqnozlaşdırılır.

Bununla yanaşı, yerli gəlirlərdə azalma müşahidə olunur. Ə.Məsimli qeyd edib ki, 2025-ci ilin ilkin təsdiqlənmiş büdcəsində yerli gəlirlər 793,9 milyon manat nəzərdə tutulub. Bu göstərici 2026-cı ildə 758,8 milyon manat müəyyənləşdirilib, 2027-ci il üçün isə 735,6 milyon manat proqnozlaşdırılır.

“Ümumi gəlirlər artdığı, yerli gəlirlər isə azaldığı halda dotasiyadan imtina edilməsi göstərir ki, burada əsas rol oynayan amillərdən biri yerli xərclərin strukturunun dəyişməsidir. Bu prosesi yalnız rayonların iqtisadi imkanlarının genişlənməsi ilə izah etmək düzgün olmaz. Mərkəzi idarəetmənin yerli maliyyələşməyə yanaşması da dəyişib”, – deputat vurğulayıb.

Müəllim və həkimlərin maaşları yerli xərclərə daxil deyil

Ə.Məsimli bildirib ki, rayonlarda fəaliyyət göstərən müəllimlərin, həkimlərin və hüquq-mühafizə orqanları əməkdaşlarının əməkhaqqı, eləcə də iri infrastruktur layihələri yerli xərclərdən deyil, mərkəzləşdirilmiş vəsaitlər hesabına maliyyələşdirilir.

Onun sözlərinə görə, yerli səviyyədə qalan xərclər əsasən icra hakimiyyəti orqanlarının saxlanılması, abadlaşdırma, mənzil-kommunal və yerli təsərrüfat xərclərini əhatə edir.

“Əvvəllər yerli xərclərdə böyük pay tutan təhsil və səhiyyə kimi sahələrin maliyyələşdirilməsi mərkəzləşdirilmiş xərclərə keçirilib. Rayonun üzərində qalan yerli xərc yükü azaldığı üçün onun gəlirləri həmin xərcləri qarşılamağa yönəldilir. Buna görə rayonların özünü maliyyələşdirməsi anlayışı hələlik nisbi xarakter daşıyır”, – o bildirib.

Deputatın təqdim etdiyi hesablamaya əsasən, 2027-ci ildə şəhər və rayonlar üzrə 18 milyard 430 milyon manat ümumi gəlirə qarşılıq təxminən 735,6 milyon manat yerli xərc nəzərdə tutulur. Gəlirlərin təxminən 17,69 milyard manatlıq hissəsi isə mərkəzləşdirilmiş gəlirlərə yönəldiləcək.

Bölgələrdə dövlət layihələrinin maliyyələşməsi davam edəcək

Ə.Məsimli qeyd edib ki, dotasiyanın nəzərdə tutulmaması bölgələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə dövlət layihələrinin maliyyələşdirilməsinin dayandırılması anlamına gəlmir.

“Yolların, körpülərin, xəstəxanaların və məktəblərin tikintisi dövlət proqramları çərçivəsində mərkəzi büdcədən maliyyələşməyə davam edəcək. Yerli xərclərin qarşılanması ilə iri inkişaf layihələrinin maliyyələşdirilməsi fərqli mexanizmlərdir”, – deputat deyib.

Gəlirlər çatmasa, əlavə vəsait ayrıla bilər

Deputat bildirib ki, büdcə layihəsində yerli gəlirlərin xərcləri qarşılamadığı hallar üçün əlavə maliyyələşmə imkanı da saxlanılıb.

Onun sözlərinə görə, layihənin 10-cu maddəsi faktiki icra zamanı yerli gəlirlər kifayət etmədikdə müvafiq rayonun yerli xərclərinin 10 faizindən çox olmayan məbləğdə operativ vəsait ayrılmasını nəzərdə tutur.

“Bu mexanizm gəlirlərin azalması nəticəsində yarana biləcək kəsirlərin qarşısını almaq üçün sığorta rolunu oynayır. Yəni əvvəlcədən dotasiya nəzərdə tutulmasa da, zərurət yarandıqda maliyyə dəstəyi göstərilməsi imkanı qalır”, – Ə.Məsimli bildirib.

O əlavə edib ki, modelin dayanıqlı olması üçün rayonların real vergi potensialına əsaslanan, subyektiv amillərdən uzaq hesablama qaydaları tətbiq edilməlidir. Deputat hesab edir ki, bu yanaşma regionların rəqabət qabiliyyətini yüksəldə və dotasiyasız maliyyələşməni real iqtisadi stimula çevirə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Noyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri