Icma.az
close
up
RU
Rayonlardan Bakıya axın dayandı Səbəb

Rayonlardan Bakıya axın dayandı Səbəb

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Paytaxt Bakının inkişafı təkcə şəhərin öz daxili dinamizmi ilə deyil, bütövlükdə ölkənin regionlarının sosial-iqtisadi yüksəlişi ilə sıx bağlıdır. Azərbaycanın regional inkişaf siyasəti uzun illərdir dövlətin əsas strateji prioritetləri sırasında yer alır. Çünki regionların balanslı inkişafı həm iqtisadiyyatın dayanıqlığını təmin edir, həm də əhali arasında sosial-iqtisadi fərqlərin azalmasına töhfə verir.

Regionların inkişafı yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Buraya hər bir bölgənin potensialının üzə çıxarılması, iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlığın genişləndirilməsi, kənd təsərrüfatının gücləndirilməsi, turizmin inkişafı və insanların rifahının yüksəldilməsi kimi kompleks tədbirlər daxildir. Bu amillər regionların inkişafını ölkənin qarşısında duran ən mühüm strateji vəzifələrdən birinə çevirir.

Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, ölkədə işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amildir.

Bəs regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün hansı tədbirlərin görülməsi zəruridir?

Globalinfo.az-a danışan Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, sovet dövründə Bakının inkişafına sistemli diqqət yetirilmirdi:

“Müstəqil dövlət olmadığımız üçün Moskvadan gələn siyasətə tam zidd addımlar ata bilmirdik. Müstəqillik dövründə isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi və məcburi köçkünlər faktı  regionların inkişafına təsirsiz ötüşmədi. Bununla belə, Preziden İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının hazırlanması və mütəmadi şəkildə yenilənməsi bu sahənin inkişafına böyük təkan verdi. Artıq regionlardan Bakıya axın əvvəlki kimi güclü deyil. Çünki insanları paytaxta cəlb edən imkanlar tədricən regionlarda da formalaşır”.

Aydın Mirzəzadə

Deputatın sözlərinə görə, son illər regionlarda infrastrukturun modernləşməsi yolların çəkilməsi, su təchizatının yaxşılaşdırılması, enerji təminatının gücləndirilməsi, yeni təhsil və səhiyyə müəssisələrinin açılması kənd və rayonlarda iqtisadi fəallığı artırıb:

“Universitetlərin açılması, sahibkarlığın təşviqi, yerli iş adamlarının öz bölgələrində sərmayə qoymasına marağın artması və hökumətin verdiyi dəstək regionların canlanmasına ciddi təsir göstərib. Əlbəttə, görüləcək işlər hələ çoxdur. Bu istiqamətdə Milli Məclisdə daim müzakirələr aparılır, yeni təkliflər səsləndirilir. Hazırda dövlətin əsas prioritetlərindən biri işğaldan azad olunan ərazilərin bərpasıdır. Bu ərazilərdə aparılan quruculuq işləri həm regionların iqtisadi aktivliyini artırır, həm də yeni məskunlaşma dalğası yaradır. Artıq 50 mindən çox insan o ərazilərdə yaşayır və ya çalışır. Müharibədən çıxmış bir ölkə üçün bu, böyük göstəricidir və proses davam edəcək”.

Milli Məclisin Regional Məsələlər Komitəsinin digər üzvü Arzuxan Əlizadə isə qeyd edib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində çox ciddi layihələr həyata keçirilib, lakin bu sahədə ən vacib məsələ hələ də məşğulluğun təmin edilməsidir:

“Regionların dayanıqlı inkişafı üçün ilk növbədə insanların sabit işlə təmin olunması vacibdir. Dayanıqlı iş yerləri yaradılmalı, yeni müəssisələr açılmalı, kiçik və orta sahibkarlar üçün əlavə stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. Bu gün bizim üçün ən böyük çətinlik regionlardan Bakıya axındır. Paytaxt artıq həddindən artıq yüklənib və bu yükün əsas səbəblərindən biri regionlarda iş imkanlarının kifayət qədər olmamasıdır”.

Arzuxan Əlizadə

Onun sözlərinə görə, insanlar iş tapmaq və dolanışığını təmin etmək üçün Bakıya üz tutur, nəticədə paytaxtda sıxlıq artır, regionlarda isə iqtisadi aktivlik azalır:

“Bu prosesin qarşısını almaq üçün regionlarda iş imkanları genişləndirilməlidir. Paralel olaraq digər vacib sahələr də inkişaf etdirilməlidir. Son illərdə infrastruktur layihələri genişlənib, regionlar abadlaşıb, lakin məşğulluq hələ də əsas problemdir. Kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilməlidir. İşğaldan azad olunan ərazilər bu baxımdan böyük potensiala malikdir — həm torpaq, həm də su ehtiyatları kifayət qədərdir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Dekabr 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri