Icma.az
close
up
RU
Sürücülər rayonlardan Bakıya buraxılmayacaq? RƏSMİ

Sürücülər rayonlardan Bakıya buraxılmayacaq? RƏSMİ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu tədbirdə nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə NİİM-in rəisi Namidan Piriyev bildirib.

Onun sözlərinə görə, məqsəd nəqliyyat əməliyyatlarının daha operativ idarə olunması, digər qurumlarla birgə fəaliyyətin təşkilidir:

"Bu mərkəzdə həm dövlət orqanları, həm də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gündəlik xidmət edəcək. ​Nəqliyyat əməliyyatlarının idarə olunması ilə yanaşı, hər hansı xoşagəlməz hadisə baş verərsə, onun dərhal qarşısının alınması üçün müvafiq qurumların məsul şəxsləri öz fikirlərini bildirəcək, dərhal məlumat mübadiləsi aparılacaq və birgə koordinasiyalı fəaliyyət təmin olunacaq".

NİİM rəhbəri qeyd edib ki, WUF13 zamanı ​"Yaşıl Dəhliz" və "Yaşıl Dalğa" prinsipləri tətbiq ediləcək:

"Həm tədbir iştirakçılarının, həm də digər yol hərəkəti iştirakçılarının rahat və fasiləsiz hərəkəti üçün biz birgə fəaliyyət göstərəcəyik. Müşayiət olunan kortejlərin və qonaqları daşıyan avtobusların "yaşıl işıq" prinsipi ilə hərəkəti nəzərdə tutulur.

Bunun üçün müvafiq marşrutlar üzrə bəzi küçə və prospektlərdə "yaşıl dalğa" prinsipi tətbiq olunacaq. ​Məqsəd kortejlərin və qonaqlarla hərəkətdə olan nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək, yol kəsişmələrində prioritet olaraq həmin nəqliyyat vasitələrinin üstün hərəkətini təmin etmək və digər hərəkət iştirakçılarının hərəkətinə mane olmamaqdır".

Onun sözlərinə görə, WUF13-lə bağlı yaradılacaq yaşıl zolaqlara daxil olmaq qayda pozuntusu hesab olunacaq:

"Yeni tətbiq olunan "yaşıl zolaq" dediyimiz avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunacaq. Bu qayda pozuntusu hesab olunur və buna görə müvafiq tədbirlər görüləcək. Hər hansı küçə və prospektlərdə yolların tam bağlanması nəzərdə tutulmur.

Lakin tədbir ərəfəsində, xüsusilə 18 mayda (açılış günü) əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar bəzi yollarda istiqamətlər qısamüddətli olaraq dəyişdirilə bilər. Bu, qonaqların hərəkətini təmin etmək üçün qismən tətbiq edilə biləcək müvəqqəti tədbirdir. Ümumilikdə isə yolların bağlanması kimi məsələlər nəzərdə tutulmur".

N.Piriyev əlavə edib ki, WUF13 zamanı yollarda hər hansı məhdudiyyət, postların qurulması, rayonlardan, bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin buraxılmaması kimi hallar nəzərdə tutulmur.

"Yalnız açılış günü çox qısa müddətdə paytaxtın cənub hissəsindən, yəni "Lökbatan dairəsi" kimi tanıdığımız həmin ərazidən ola bilər ki, paytaxta gələn nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilsin, kənar dairəvi yola tərəf istiqamətləndirilsin.

Yəni digər yerlərdən gələn nəqliyyat vasitələri üçün hər hansı məhdudiyyətin tətbiq olunması nəzərdə tutulmur. Bunun özü də, yəni məhdudiyyət demək deyil, hər hansı post qurulması, nəqliyyat vasitələrinin buraxılmaması kimi qiymətləndirilmir. Yalnız şəhərə həmin istiqamətdən deyil, digər istiqamətdən buraxılış olacaq.

Ola bilər ki, tədbir günü zərurət olarsa, həmin istiqamətdə nəqliyyat vasitələri kənar dairəvi yol istiqamətinə yönləndirilsin".

"Cebheinfo.az"

Açar sözlər: Sürücülər Bakı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri