Icma.az
close
up
RU
Razi Nurullayev “hələ araşdırır”... Səmədov üçün isə SSRİ və Türkiyənin fərqi yoxdur

Razi Nurullayev “hələ araşdırır”... Səmədov üçün isə SSRİ və Türkiyənin fərqi yoxdur

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, İmişli rayonunun Sarıxanlı kəndində 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən tədbir ölkədə böyük rezonans doğurub.

Belə ki, İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə keçmiş SSRİ bayrağı sancılıb, tədbir zamanı Sovet mahnıları səsləndirilib, iştirakçıların yaxasına isə Rusiya hərbi işğalının rəmzi kimi tanınan “Georgiyev lenti” taxılıb. Hadisə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı mətbuata danışan İmişli rayon icra hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda qalmaqallı tədbirlə bağlı araşdırma aparılır: “Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti isə  növbədənkənar iclası keçirib və Saleh Səmədovu vəzifədən qovub.

"İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib" - deyə, Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatında bildirilirb..

Milli Məclisin İmişlidən olan deputatı Razi Nurullayev isə “AzPolitika”-ya açıqlamasında məsələni araşdırmadığını əsas gətirərək açıqlama verməkdən imtina edib.

“Hadisəni araşdırmamışam. Bu səbəbdən hər hansı açıqlama verə bilmərəm. Hər halda dövlət orqanları məsələni araşdırıb, qiymət verəcəklər”, – deyə deputat bildirib.

Məsələ ilə bağlı diqqət çəkən daha bir açıqlama isə rayon Ağsaqqallar Şurasının sədri və tədbirin əsas təşkilatçısı Saleh Səmədovdan gəlib. O, tədbirdə baş verənlərə haqq qazandıraraq SSRİ bayrağının tədbir zamanı qaldırılmasını belə izah edib: “Bu sadəcə olaraq bizim tariximizdir. Burada nə var ki?! Cavan nəsil o bayrağı bilmir, biz isə o bayraq altında doğulmuşuq... Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. “Georgiyev lenti” də rəmzdir, ona görə də taxmışdım... Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?!”.

Göründüyü kimi, baş verən bu biabırçılığın mərkəzindəki əsas şəxs - Saleh Səmədov SSRİ bayrağına və “Georgiyev lenti”nə fəxrlə haqq qazandırmaqla yanaşı, utanmadan Rus imperiyasının davamı olan, ilk müstəqil Cümhuriyyətimizin mövcudluğuna son qoyan, Azərbaycanda 1937-ci il repressiyalarının, 20 yanvar qətliamının baiskarı olan SSRİ-nin bayrağı ilə qardaş Türkiyə bayrağını eyniləşdirir. Bu, sadəcə tarix sarıdan bisavadlıq nümunəsi deyil, həm də Türkiyəyə, eləcə də milli kimliyimizə qarşı açıq nifrətin və “rusbaşlığın” göstəricisidir. Həmçinin bu, planlaşdırılmış təxribat təsiri bağışlayır və qətiyyən təsadüfi, bisavad adamın beyninin məhsuluna bənzəmir…

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see160

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see142

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see129

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see129

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see128

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see126

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see119

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri