Icma.az
close
up
RU
Razi Nurullayev: “İnsan özünə hörməti saxlamalıdır”

Razi Nurullayev: “İnsan özünə hörməti saxlamalıdır”

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrdə insanlar öz şəxsi problem və münaqişələrini sosial şəbəkələrə daşıyırlar. Elə orada da həll etməyə çalışırlar. Xüsusilə də tanınmışlar və müxtəlif vəzifə sahibləri sosial şəbəkələrdə bir-birlərinə atmacalar atır, təhqir və ya səs-küylü paylaşımlar edirlər.

Bəs bu hallar nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Razi Nurullayev qeyd edib ki, istənilən şəkildə insan öz hörmətini və ağırlığını saxlamalıdır:

“Sosial şəbəkələrdə ayrı-ayrı tanınmış, vəzifəli şəxslərin və yaxud da digər vətəndaş qruplarının bir-biri ilə mübahisə etməsi, bir-birinə atmacalar atması və yaxud da şantaj etməsi təbii ki yaxşı hal kimi qiymətləndirilə bilməz. Amma, bu internet texnologiyalarının insanlar üçün yaratdığı bir resursdur.

İnsanlar da bundan istifadə etmək istəyir. Sanki onlar sosial şəbəkələrin imkanlarından təsəlli tapmaq üçün istifadə edirlər.

Mən inanmıram ki, sosial şəbəkələrə daşınan problem həllini tapsın. Bu günə qədər mən belə bir halın şahidi olmamışam. Sosial şəbəkələr üzərindən bu cür ittihamların həyata keçirilməsi o insanın psixoloji və mənəvi cəhətdən təskinlik tapmasına səbəb olur. Əksinə sosial şəbəkələrə məsələ çıxandan sonra açıq bir mübarizə müstəvisinə keçir. Bu baxımdan insanlar üçün ölkəmizdə mediasiya təşkilatı yaradılıb.

Mən düşünürəm ki, insanlar onun xidmətindən istifadə etsinlər. Bir çox mürəkkəb məsələləri məhkəmə müstəvisinə daşısınlar” - deyə deputat bildirib.

Razi Nurullayev eyni zamanda əlavə edib ki, problemin həlli yolunu düşünürlərsə, ağsaqqal və ağbirçəklərdən, dost-tanışdan ibarət dəyirmi masa ətrafında həll etməyə çalışsınlar. Sosial şəbəkələrdə atmaca atmaq çıxış yolu deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri