Icma.az
close
up
RU
Ölkəmizdə insan hüquqlarına arzu etdiyimiz səviyyədə hörmət olmayıb Razi Nurullayev

Ölkəmizdə insan hüquqlarına arzu etdiyimiz səviyyədə hörmət olmayıb Razi Nurullayev

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Dövlət Departamenti 2024-cü ildə insan hüquqlarının durumuna dair hesabatını dərc edib.

Hər ilin martında dərc edilən hesabatın açıqlanması bu il avqusta çəkdi.

Gununsesi.info xəbər verir ki, sənəddə Azərbaycana da yer ayrılıb.

Sözügdən sənəddə  bir sıra məsələlərə toxunulur. Məsələn, hüquq-mühafizə orqanlarının saxladığı şəxslərin əksər hallarda qanunda nəzərdə tutulan 48 saatdan artıq müddətə saxlaması və.s.

Sənəddə, həmçinin həbsdə olan şəxslərin istintaq prosesinin uzadılmasından da bəhs olunub.

Ancaq bu sənədin indi yayılması birmənalı qarşılanmayıb. Xüsusi ilə Azərbaycan və Ermənistan tərəfinin Vaşinqtonda olan mühim görüşdən sonra bu cür olması, məsələni bir neçə istiqamətdə şərh etməyə əsas verir.

“Təbii ki, ABŞ Dövlət Departmentinin yaydığı hesabat hökumət üzvlərində suallar yaradacaq. Nəzərə almaq lazımdır ki, ABŞ-nin dövlət qurumları sərbəst və azad fəaliyyət göstərə bilir və bir çox hallarda onlar dövlət maraqlarını nəzərə almadan bu cür addımlar atırlar”.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

O, bu barədə deyib:

“Səbəb isə ABŞ-nin dünya gücü olması və heç bir ölkədən ciddi asılılığının olmamasıdır. Amma dünya dəyişir və ABŞ-də dəyişən dünyanı duymağa çalışır. Məhz bu baxımdan prezident Donald Trump ABŞ siyasətini ən azı 180 dərəcə dəyişməyə nail olub. ABŞ-nin indiki Administrasiyası digər ölkələrin daxili işlərinə çox qarışmır, demokratiya və insan hüquqları məsələsinə fikir bildirməkdən çəkinir. Bildiyimə görə, qeyri-rəsmi olaraq tapşırıq verilib ki, digər ölkələrdə keçirilən seçkilərə də münasibət bildirilməsin.

Razi Nurullayev eyni zamanda bildirib:

“Yəqin ki, prezident Donald Trampın siyasətinin tam oturuşması üçün müəyyən zaman tələb olunur. Onsuz da, ABŞ-nin tənqidləri və hesabatları aid edilən şəxslərdə mənəvi təskinlik hissi yaradıb, əməli olaraq isə heç bir müsbət dəyişikliklərə gətirib çıxarmayıb. İnsan hüquqları və demokratiya xaricdən idxal oluna bilməz. Bu idxalın ölkələrdə xöşbəxtliyə gətirib çıxardığının şahidi olmamışıq. Proseslər daxildə getməlidir. Biz tam demokratiyanı ölkəmizə özümüz gətirməli və insan hüquqlarının qorunmasına da özümüz nail olmalıyıq. Bunun üçün cəmiyyətin bütün təbəqələrinin bu sahədə həmrəylik göstərməsi və ciddi müzakirələrə aparması vacibdir. Bu həm siyasi partiyalar, sivil toplumlar və Parlament səviyyəsində həyata keçirilməlidir. Prosesin istədiyimiz formada getməsinə əminliyim də yoxdur, amma bilirəm ki, daha ciddi proseslər olacaq və bu məsələdə hökumət də maraqlı olacaqdır. Deməliyəm ki, ölkəmizdə demokratiya və insan hüquqlarına arzu etdiyimiz səviyyədə hörmət olmayıb. Biz müharibə ölkəsi idik. Əgər Qərbin istədiyi və idxal etdiyi demokratiya olsa idi, biz Qarabağı azad edə bilməzdik. Bunu çox ciddi deyirəm. İndi isə artıq münaqişə bitib, ərazi bütövlüyümüz təmin edilib, sülhə bir addımdan da az qalıb. Artıq ölkəmizdə demokratiya məsələlərinə və insan hüquqlarının qorunmasına bir nömrəli məsələ kimi baxmalıyıq və mən bunun üçün mübarizə aparıram”.

Orxan 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri