Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Razi Nurullayev: “Qanun yalnız icazə verməməli, həm də insanlara real nəfəs verməlidir”

Razi Nurullayev: “Qanun yalnız icazə verməməli, həm də insanlara real nəfəs verməlidir”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Müzakirə etdiyimiz qanun layihəsini ümumilikdə müsbət qiymətləndirirəm. Bu layihə xüsusilə pay torpaqlarında, əkin və çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlarda illərlə yığılıb qalmış narazılıqları aradan qaldıra bilər. Çünki bu gün bir çox fermer və torpaq mülkiyyətçisi öz pay torpağından səmərəli istifadə edə bilmir. Bəzən ağac və kol bitkiləri suvarma sistemlərinin qurulmasına, texnikanın hərəkətinə, torpağın normal becərilməsinə, yeni əkin dövriyyəsinin tətbiqinə real maneə yaradır. Qanun layihəsi də məhz bu problemi görür və onun hüquqi həllini təklif edir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Razi Nurullayev qeyd edib ki, burada çox vacib bir məsələ var:
“Layihədə kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyərinin ödənilməsi nəzərdə tutulmur. Bu çox gözəl. Ancaq böyük ağaclarla bağlı məsələ daha həssasdır. Pay torpağında böyük ağacların kəsilməsi zəruri olarsa, mövcud qaydalara görə bərpa haqqı çox yüksək məbləğə çevrilə bilər. Bu isə qanunun əsas məqsədini zəiflədir.
Təsəvvür edək ki, vətəndaş öz pay torpağını əkinə yararlı vəziyyətə gətirmək istəyir, ağacı qanuni qaydada kəsir, amma sonra elə bir bərpa haqqı ödəməli olur ki, həmin torpaqdan illərlə əldə edəcəyi gəlir bu xərci kompensasiya etmir. Belə olan halda fermer yenə də torpaqdan istifadə edə bilmir, ya da bu işə girişməkdən çəkinir. Yəni biz problemi həll etmək istəyirik, amma başqa bir maliyyə baryeri də yaradırıq.
Ona görə hesab edirəm ki, müvafiq maddəyə yenidən baxılmalıdır. Pay torpaqlarında kənd təsərrüfatı fəaliyyətinə real maneə yaradan ağacların götürülməsi zamanı bərpa haqqı ya diferensiallaşdırılmalı, ya azaldılmalı, ya da müəyyən hallarda güzəşt mexanizmi tətbiq edilməlidir. Əks halda qanun bu məsələdə kağız üzərində yaxşı görünəcək, amma vətəndaş üçün praktik çıxış yolu yaratmayacaq”.
Razi Nurullayev əlavə edib ki, bu gün məhkəmələrdə pay torpaqlarında kəsilmiş ağaclarla bağlı çoxlu işlər var:
“İnsanlara yüksək cərimələr yazılıb, bəzi hallarda hətta həbslər də olub. Əgər biz bu gün etiraf ediriksə ki, bu sahədə problem var və qanunla yeni, daha ədalətli mexanizm yaradırıqsa, o zaman bu yanaşma yalnız gələcəyə aid edilməməlidir.
Təklif edirəm ki, qanuna keçid müddəası əlavə olunsun və bu günə qədər oxşar məsələlərlə bağlı başlanmış inzibati, mülki və cinayət işlərinə də bu qanunun humanist və ədalətli yanaşması şamil edilsin. Əlbəttə, söhbət qəsdən meşə qırılmasından və ekoloji cinayətlərdən getmir. Söhbət öz pay torpağında kənd təsərrüfatı fəaliyyəti aparmaq istəyən, amma qanunvericilik boşluqları və sərt mexanizmlər səbəbindən cəzalandırılan insanlardan gedir.
Bu qanun kəndlinin torpağa qayıtmasına, pay torpaqlarının istifadəsiz qalmamasına, aqrar istehsalın artmasına xidmət etməlidir. Ona görə də layihəni dəstəkləyirəm, amma hesab edirəm ki, bərpa haqqı və əvvəlki işlərə tətbiq məsələsi mütləq nəzərə alınmalıdır. Qanun yalnız icazə verməməli, həm də insanlara real nəfəs verməlidir”.
Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see324

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see316

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see310

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see309

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see286

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see272

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see269

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see266

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see259

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see256

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see253

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see241

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see235

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see230

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see229

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see219

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see209

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri