Icma.az
close
up
RU
Razi Nurullayev: “Sosial şəbəkələrlə bağlı qanun informasiya azadlığını məhdudlaşdırmır”

Razi Nurullayev: “Sosial şəbəkələrlə bağlı qanun informasiya azadlığını məhdudlaşdırmır”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Bu gün müzakirə etdiyimiz qanun layihəsi cəmiyyətimizdə son illər xüsusilə sosial şəbəkələr vasitəsilə formalaşan yeni və real təhlükələrə hüquqi cavab vermək məqsədi daşıyır deyə düşünürəm. 

Qanuna edilən dəyişikliyə başqa don geyindirənlər olacaq deyə mən də siyasi partiya kimi mövqeyimi açıqlamaq istəyirəm. Söhbət informasiya azadlığının məhdudlaşdırılmasından deyil, məsuliyyətsiz və zərərli informasiyanın yayılmasının qarşısının alınmasından gedir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, internet informasiya ehtiyatlarında və sosial platformalarda kütləvi nümayiş etdirildiyi halda, cəmiyyəti açıq şəkildə təhqir edən, milli-mənəvi dəyərlərə zidd olan, əxlaqsız ifadələrin və yaxud bu cür məzmunun təsirini gücləndirən məlumatların yayılması hüquqi çərçivədə qadağan edilsin:

“Bu gün sosial şəbəkələrin reallığı ondan ibarətdir ki, baxış toplamaq, populyar olmaq və ya şəxsi qisas məqsədi ilə ayrı-ayrı vətəndaşlar hədəfə alınır. Bir video, bir paylaşım və ya məqsədli kampaniya insanın şərəf və ləyaqətinə ciddi zərər vura, onun sosial və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Mövcud mexanizmlər isə bu halların hamısına operativ və effektiv cavab vermək üçün yetərli olmur.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, təqdim olunan dəyişikliklər siyasi məqsəd daşımır. Bu layihə nə siyasi fikirlərin ifadəsinə, nə tənqidə, nə də ictimai müzakirələrə qarşı yönəlib. Layihə yalnız kütləvi şəkildə qeyri-etik, təhqiredici və milli-mənəvi dəyərlərə zidd məzmunun yayılmasına qarşı hüquqi mexanizm yaradır.

Eyni zamanda, layihənin “Arayış” hissəsində də göstərildiyi kimi, sosial platformaların işləmə mexanizmi qeyri-etik və sensasiya xarakterli paylaşımları daha sürətlə geniş auditoriyaya çıxarır. Bu isə xüsusilə yeniyetmələrə və gənclərə mənfi təsir göstərir və cəmiyyətdə davranış modellərini dəyişir”.

R.Nurullayev əlavə edib ki, bu dəyişikliklər cəzalandırıcı yox, preventiv xarakter daşıyır:

“Məqsəd qorxutmaq deyil, məsuliyyət formalaşdırmaq, informasiya mühitində sağlam balans yaratmaqdır. İfadə azadlığı qalmalıdır, amma bu azadlıq başqasının ləyaqətinə və hüquqlarına zərər hesabına olmamalıdır.

Hesab edirəm ki, layihə dövrün çağırışlarına uyğundur, hüquqi boşluğu aradan qaldırır və cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunmasına xidmət edir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri