Icma.az
close
up
RU
Razi Nurullayev: Qiymətlər sürətlə artır, orta təbəqə daralır

Razi Nurullayev: Qiymətlər sürətlə artır, orta təbəqə daralır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“2026-cı ilin dövlət büdcəsi ölkəmizin iqtisadi inkişaf trayektoriyasını müəyyən edən başlıca sənəddir. Təqdim olunan büdcə layihəsini diqqətlə təhlil etdikdə görürük ki, bir sıra fundamental suallar açıq qalır. Həmin sualları sağlam fərqli yanaşma əsasında diqqətinizə çatdırmaq istəyirəm”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında 2026-cı il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, birinci toxuncağı məsələ büdcənin gəlirlər hissəsinin dayanıqlığıdır:

“Gəlirlərin mühüm hissəsi hələ də neft-qaz sektorundan asılı vəziyyətdədir. Əsas fokusu qeyri-neft sektorunun inkişafına yönəltməliyik. Bu sahədə, zənnimcə, daha çox təşəbbüs edirik, danışırıq, real nəticə isə zəifdir. Çünki qeyri-neft sektorunun artımı əsasən neft və qaz layihələrinə bağlı sahələrin inkişafından qaynaqlanır və bunu real artım kimi görmək nə dərəcədə düzgündür?”

R.Nurullayev qeyd edib ki, inflyasiya və əhalinin alıcılıq qabiliyyəti məsələsi də vacib məqamlardandır:

“Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək: bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir. Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur.

Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulsa da, şəffaflıq hələ də əsas problem olaraq qalır. Hansı layihənin ölkə iqtisadiyyatına hansı effekt verəcəyi konkret şəkildə göstərilmir.

İnvestisiya proqramlarında prioritetlər bəzən siyasi, bəzən inzibati qərarlarla formalaşır, iqtisadi rasional yanaşma isə ikinci plana keçir. Nəticədə xərclərin effektivliyi azalır. Büdcə vəsaiti xərclənir, amma ölkə iqtisadiyyatı həmin xərclərin dəyərini tam qaytara bilmir. Büdcə bölgüsü yenə də mərkəz yönümlüdür. Regionlarda demoqrafik boşalma, işsizlik davam edir. Regionlara ayrılan vəsaitlər struktural dəyişikliklərə deyil, daha çox görünüşü gözəl layihələrə yönəlir. Bu isə strateji yanaşma deyil.

Regionlar iqtisadiyyatın sütunudur və onların inkişafı olmadan qeyri-neft sektorunun artımından danışmaq mümkün deyil. Regionlar iqtisadi sərbəstlik və iqtisadi idarəçilik məsələsində mərkəzdən asılı duruma salınmamalıdır. Nə qədər ki, bu belə olacaq, regionlar istədiyimiz kimi inkişaf etməyəcək”.

Deputat əlavə edib ki, büdcə xərcləri arasında dövlət idarəçiliyinə ayrılan vəsait yenə yüksəkdir:

“Dövlət borcunun xidmətinə görə ödənişlər də artır. Biz dövlət aparatını optimallaşdırmadan, idarəetməni şəffaflaşdırmadan xərcləri effektiv edə bilmərik. Bu qədər nəzarətə nəzarət qurumuna, bu qədər icra orqanlarına nə ehtiyac var ki. Iqtisadi regionlar üzrə bir icra orqanı və Prezidentin siyasətini müəyyənləşdirən və siyasi vəzifə daşıyan səlahiyyətli nümayəndə daha çevik və səmərəli inkişafa təkan verə bilər. Tənqidim destruktiv deyil, əksinə, konstruktivdir. Çünki büdcə bizim ortaq sənədimizdir, ölkənin iqtisadi taleyini müəyyən edən çərçivədir.

Mən hesab edirəm ki: Büdcənin gəlirlər hissəsi daha realist və diversifikasiya olunmuş şəkildə tərtib edilməlidir; Sosial sahədə artımlar real inflyasiya ilə müqayisədə daha adekvat olmalıdır; İnvestisiya proqramları tam şəffaf və nəticəyönümlü struktura salınmalıdır; Regionlara ayrılan vəsaitlər real istehsal və məşğulluq yaradan layihələrə yönəldilməlidir; Dövlət idarəçiliyinin xərcləri optimallaşdırılmalıdır”.

Razi Nurullayev əlavə edib ki, büdcəni elə tərtib edilməlidir, vətəndaş gündəlik həyatında onun müsbət təsirini hiss etsin. Bu isə yalnız rəqəmlərlə yox, real iqtisadiyyatın real vəziyyətini qəbul edib ona uyğun addımlar atmaqla mümkündür:

“Sonda isə, hökumət üzvlərini xalqla, sahibkarlarla, cəmiyyətlə, ekspertlərlə, alimlərlə, institutlarla, vətəndaş cəmiyyəti nümayəndələri ilə daha sıx işləməyə, vətəndaşların evlərini ziyarət etməyə dəvət edirəm. Bu təklifi keçən dəfə də vermişdim. Baş nazir Əli müəlimə təklifə isti yanaşdığı üçün təşəkkür edirəm. Problemlər kabinetlərdə yox, vətəndaşın evində, həyətində, baxçasında həll edilsə daha effektiv olar.

Mərkəzi Bankın bu məsələdə öncül olduğunu görürəm və təşəkkürümü bildirirəm. Iqtisadiyyat nazirliyinin də bir dəfə analoji toplantısını gördüm. Bu vacibdir. Milli Məclis bu məsələdə nümunə sayıla bilər. Hörmətli Sahibə xanımın təşəbbüsü ilə Milli Məclisdə müntəzəm olaraq ictimai dinləmələr keçirilir və fərlqi fikirləri eşidə bilirik”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri