Icma.az
close
up
RU
Razi Nurullayevdən gömrüklə bağlı qanuna ETİRAZ

Razi Nurullayevdən gömrüklə bağlı qanuna ETİRAZ

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Müzakirə etdiyimiz bu qanun layihəsi mahiyyət etibarilə gömrük sisteminin daha müasir, daha çevik və daha rəqəmsal əsaslarla işləməsinə yönəlib. 

Bu, prinsip etibarilə müsbət istiqamətdir. Xüsusilə “elektron bəyanetmə”, “bir pəncərə prinsipi”, “səyyar gömrük auditi” kimi yanaşmalar müasir ticarətin tələblərinə cavab verir və şəffaflığı artırmaq potensialına malikdir. 

Eyni zamanda, anlayışların yenilənməsi və beynəlxalq terminologiyaya uyğunlaşdırılması da Azərbaycanın qlobal ticarət sisteminə inteqrasiyası baxımından vacib addımdır. Amma gəlin məsələyə bir az da real həyat prizmasından baxaq”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

“Problem ondadır ki, biz çox vaxt qanunları müasirləşdiririk, amma praktik mexanizmlər eyni qalır: 

Bu layihədə də risk budur. Kağız üzərində sadələşdirmə var, amma sahibkarın gündəlik təcrübəsində prosedurlar həqiqətən sadələşəcəkmi? 

Elektron sistemlər sürəti artıracaqmı, yoxsa yeni texniki və inzibati baryerlər yaradacaq? Təəssüflər olsun ki, optimist deyiləm. Heç optimist olmağa yaxın da deyiləm”-deyə, R.Nurullayev bildirib.

Deputat qeyd edib ki, səyyar gömrük auditi institutu nəzərdə tutulur. Bu, prinsipcə yaxşı alətdir. Amma aydın mexanizmlər olmazsa, bu alət çevik nəzarət yox, əlavə təzyiq vasitəsinə də çevrilə bilər:

“Sahibkar üçün əsas sual budur: bu audit şəffaf və proqnozlaşdırılan olacaq, yoxsa subyektiv qərarlara açıq qalacaq?

Digər mühüm məsələ isə rəqəmsallaşma ilə insan faktoru arasındakı balansdır. Elektron sistemlərin tətbiqi müsbətdir. Amma əgər qərarvermə yenə də insan faktorundan asılı qalırsa, sadəcə kağızı ekrana köçürmüş oluruq, problemi həll etmirik.

Bir də çox vacib məqam: bu dəyişikliklər biznes mühitinə necə təsir edəcək? Qanun layihəsində ticarətin asanlaşdırılması məqsədi qeyd olunur. Amma reallıqda sahibkar üçün əsas olan sürət, aydınlıq və proqnozlaşdırıla bilən yanaşmadır. Əgər qaydalar tez-tez dəyişirsə, izahı çətindirsə və tətbiqi qeyri-bərabərdirsə, bu artıq risk yaradır və investoru çəkindirir”.

R.Nurullayev əlavə edib ki, bu qanun layihəsini dəstəkləməklə yanaşı, üç prinsip üzərində xüsusi dayanmaq lazımdır:

“Birincisi, hər bir yeni mexanizmin konkret tətbiq qaydası və məsuliyyət çərçivəsi aydın olmalıdır.

İkincisi, rəqəmsallaşma real sadələşdirməyə gətirməlidir, formal dəyişikliklə kifayətlənməməlidir.

Üçüncüsü, sahibkarın hüquqları və müdafiə mexanizmləri paralel şəkildə gücləndirilməlidir.

Çünki sonda məsələ çox sadədir: gömrük sistemi dövlət üçün nəzarət aləti olmaqla yanaşı, iqtisadiyyat üçün də dəstək mexanizmi olmalıdır.

Əgər bu balansı qoruya bilsək, bu dəyişikliklər real nəticə verəcək. Əks halda isə biz yenə də yaxşı yazılmış, amma zəif və subyektiv tətbiq olunan qanunla üz-üzə qalacağıq”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: gömrük Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri