Razi Nurullayevdən sərt etiraz: “İnsanın ömrü imtahan verməklə keçəcək”
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dövlət Qulluğu Məcəlləsi ilə bağlı komitə iclasında öz fikirlərimi bildirmişəm.
Plenar iclasda isə toxunmadığım və vacib hesab etdiyim bir neçə məsələyə də diqqət çəkmək istəyirəm. İlk növbədə dövlət qulluğu imtahanından keçmiş şəxsin sertifikatının qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsindən narahatam”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Onun fikrincə, bu yanaşmaya yenidən baxmaq lazımdır:
“İnsan dövlət qulluğuna qəbul olmaq üçün imtahan verir, hazırlaşır, stress keçirir, imtahanı uğurla başa vurur. Sonra iki ildən sonra yenidən eyni proses qarşısında qalır. İnsanın ömrü imtahan verməklə keçəcək. İnsan nə vaxt işləyəcək, nə vaxt təcrübə toplayacaq, nə vaxt özünü peşəkar kimi inkişaf etdirəcək?
Açıq deyirəm ki, dövlət qulluqçularını davamlı imtahan həyacanı və təzyiqi altında saxlamaq düzgün yanaşma deyil. Biz insanları dövlət qulluğuna cəlb etməli, onların peşəkar inkişafına şərait yaratmalı və sabit iş mühiti formalaşdırmalıyıq.
İkinci məsələ isə imtahanı uğurla keçən şəxslərin sonrakı taleyi ilə bağlıdır. Bu gün insan dövlət qulluğu imtahanından keçir, sertifikat alır. Amma bundan sonra onun qarşısında bəzən uzun müddət davam edən qeyri-müəyyənlik yaranır. Məncə, burada dövlətin də konkret öhdəliyi olmalıdır.
Təklif edirəm ki, Dövlət Qulluğu Məcəllədə belə bir mexanizm təsbit olunsun: dövlət qulluğu imtahanından uğurla keçmiş və sertifikat almış şəxs ən geci 3–6 ay ərzində öz ixtisasına uyğun vakant dövlət qulluğu vəzifələrinə müraciət etmək və işlə təmin olunmaq üçün real imkan əldə etsin.
Burada söhbət ondan getmir ki, imtahanı keçən hər kəs avtomatik olaraq istədiyi vəzifəyə təyin olunsun. Təbii ki, vəzifənin tələbləri, müsahibə və digər prosedurlar qalmalıdır”.
Deputat vurğulayıb ki, dövlət bir insanı imtahandan keçirib sertifikat verirsə, sonra onu illərlə gözlətməməlidir:
“İnsan bilməlidir ki, bu imtahanın sonunda onun qarşısında konkret bir karyera yolu var. Biz dövlət qulluğuna savadlı, bacarıqlı, gənc insanların gəlməsini istəyiriksə, onların qarşısında həm ədalətli, həm də proqnozlaşdırılan sistem yaratmalıyıq.
Ona görə iki məsələyə - sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsi məsələsinə yenidən baxılması və imtahanı uğurla keçən şəxslərin 3–6 ay ərzində uyğun dövlət qulluğu vəzifələri üzrə işlə təmin olunmasına dair konkret mexanizmin Dövlət Qulluğu Məcəllədə əksini tapmasına xüsusi diqqət yetirilməsini təklif edirəm. Dövlət qulluğuna gələn insanı daim imtahan stressində saxlamaq yox, onun dövlətə daha yaxşı xidmət etməsi üçün şərait yaratmaq lazımdır”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 30 Sentyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















