Icma.az
close
up
RU
Razılaşma pozuldu, Bakı yenidən hərəkətə keçdi: ABŞ da dəstəkləyir, lakin...

Razılaşma pozuldu, Bakı yenidən hərəkətə keçdi: ABŞ da dəstəkləyir, lakin...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri ilə bağlı müzakirələr davam edir. Nazir müavini səfər çərçivəsində bir sıra vacib görüşlər keçirdi və iki ölkə arasında əlaqələrin inkişafı müzakirə olundu.

Bu səfər İsrail ilə Türkiyə arasında Suriyaya görə davam edən gərginlik və İran ətrafındakı təhlükəli vəziyyət fonunda xüsusi diqqət çəkdi. Bəzi ekspertlərin fikrincə, mövcud vəziyyətin Bakının bu ölkənin yenidən qurulmasına dəstəyi və iqtisadi əlaqələrin genişlənməsi planına necə təsir göstərəcəyi sual doğurur. Əsasən də Suriyada baş verən qarşıdurmalar və kənar ölkələrin müdaxilələri narahatlıqları daha da artırır.

Belə bir şəraitdə Şərifovun səfərini zəruri edən amillər nələrdir?  Bakı çətin situasiyada bölgədə maraqlı güclərlə balansı necə qoruyacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Azərbaycanın Suriyanın bərpasında iştirak etmək istədiyi artıq bəllidir:

“Fikrimcə, baş nazirin müavininin Dəməşqə səfərini də məhz bu kontekstdə dəyərləndirmək olar. Ümumiyyətlə, səfərin əsas məqsədi iki kritik məqamı aydınlaşdırmaqdır.

Birincisi, Azərbaycanın indiyədək Suriyaya ayırdığı humanitar yardımların konkret olaraq hansı sahələrdə istifadə edildiyi və bu prosesin şəffaflığının təmin olunmasıdır. Bakı artıq belə bir yardım ayırıb və bu prosesin davam edəcəyi gözlənilir. Lakin Suriyadakı mürəkkəb vəziyyət, o cümlədən qeyri-stabil mühit bu yardımların necə və harada sərf olunduğu ilə bağlı suallar yaradır.

İkincisi, Azərbaycan Suriyada potensial investisiya imkanlarını öyrənmək və bu investisiyaların təhlükəsizliyinin necə təmin olunacağına dair zəmanətləri dəqiqləşdirmək niyyətindədir. Müharibə tam başa çatmasa da, Bakı bərpa prosesində iqtisadi imkanları araşdırır”.


Asif Nərimanlı

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan həmçinin Suriyada üz-üzə gələn iki dost və strateji tərəfdaşı – Türkiyə və İsrail arasında dialoqun qurulması istiqamətində də səylər göstərir:

“Daha öncə Bakıda tərəflər arasında ilkin razılaşmalar əldə olunmuşdu. Lakin hadisələrin inkişafı həmin razılaşmaların praktik reallığa çevrilmədiyini göstərdi. Buna baxmayaraq, Azərbaycanın vasitəçilik səylərinin davam etdiyini düşünürəm, çünki belə cəhdlər zamanla nəticə verə bilər.

Hazırkı mürəkkəb vəziyyətə baxmayaraq, qarşıdurma nə Türkiyəyə, nə də İsrailə sərf edir. Üstəlik, hər iki ölkənin yaxın müttəfiqi olan ABŞ da regionda gərginliyin azaldılmasında maraqlıdır. Bu mənada, dialoq ehtimalı hələ də gündəmdən düşməyib.”

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri