Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır Kollegiyanın sədri
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"1999-cu ildə ölkəmizdə vəkillərin sayı 300-ə yaxın idi. Son 25 il ərzində ölkədə vəkillərin sayı xeyli artıb. Azərbaycan gəncləri vəkilliyə üz tuturlar. Düzdür, vəkilləri sayı yenə də bizi tam qane etmir. Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bu məsələnin kökündə duran məsələnin biri odur ki, ölkədə hüquqşünasların sayı azdır: "Biz çalışmalıyıq ki, ən savadlı, təhsilli insanlar vəkil olsunlar. Biz çalışırıq ki, vəkillər daim peşə hazırlıqlarını artırsınlar, keyfiyyətli hüquqi yardım göstərsinlər".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















