Icma.az
close
up
RU
Dambrauskas: “Heyətimizdən razıyam”

Dambrauskas: “Heyətimizdən razıyam”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının II turunun “Şamaxı” – “Sabah” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Sabah” aikəsini, rəhbərliyini, uzaq səfərə gəlmiş azarkeşləri, oyunçularımı təbrik etmək istəyirəm. Dörd ilə yaxındır, burda qalib gələ bilmirdik. Bu, mənimçün xoş oldu. Meydanda görmək istədiklərimizi gördük. Rəqib çox-çox çətin komandadır. Bura gələn bütün kollektivlər 100 faizini verməzlərsə, inadkar, yaxşı təşkil olunmuş rəqib görəcəklər və qələbə çətin olacaq. “Şamaxı” yaxşı müdafiə olunur. Oyuna yaxşı başladıq. Həftə ərzində bunun üzərində çalışmışdıq. Lakin fərqli tip ötürmələrdən istifadə edə, daha çox cərimə meydançasında topa sahib ola bilərdik. Fasilədən sonra boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə fərqləndi və qoldan sonra verdiyimiz reaksiya çox xoşuma gəldi. Yeni, gümrah oyunçuları meydana buraxdıq. Hiss edirdik ki, böyük səhvlər etməsək, burdan qələbə ilə qayıdacağıq. İndi bunları unutmalıyıq və növbəti matçlara köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar müsbət motivasiya ilə yarışa başlayıb. Səfərdə qazanılan üç xal məmnunedicidir.

– Avrokuboklardan sonra Premyer Liqada ilk oyuna çıxdınız. Çempionatımızın hansı özəlliyi diqqətinizi çəkdi?
– Heç vaxt avrokubok oyunundan sonra yerli çempionata köklənmək asan olmur. Futbolçuların necə reaksiya verəcəyi bilinmir. Belə hallarda əsas məqam intizamdır. Bu intizama sahib olsan, çox şey əldə edə bilərsən. Avropada 6 oyun keçirmişik və oyun ritminə alışmışıq. Konfrans Liqasına vidadan sonra 10 gün fasilə oldu və qismən ritmimizi itirdik. Azərbaycan çempionatını izləmişəm. Burda favorit yoxdur. Top komandalar – “Qarabağ”, “Neftçi”yə qarşı oynayanlar da meydana inadlı çıxır. Hər klubun öz spesifik oyun planı var. Bütün klublarla birlikdə böyüməliyik.

– Mikels və Noqeyranın mübahisə etdiyi epizodu necə şərh edərdiniz?
– Belə halları görməkdən məmun deyilik. Orda mübahisənin əsas səbəbi daha yaxşı oynamaq istəmələri idi. Artıq hər şey bitib və oyundan sora bir-biriləri ilə qucaqlaşdı.

– Məqsədinizə çatmaq üçün daha neçə legionerə ehtiyacınız var?
– Oyunçularımın necə məşq etmələrini, yanaşmalarını izləyirəm. Heyəti seçəndə onların milliyətinə baxmıram. Kimin necə çalışdığına fikir verirəm.

– Legioner futbolçu transferi olmayacaq?
– Transferlə barədə düşünürük. Oyunçu gətirəndə onun pasportuna baxmırıq. Azərbaycanlı bir oyunçu olsa və bizim istədiyimiz mövqeyə uyğun olsa, onu komandaya götürərəm. Futbolçunu transfer xətrinə transfer etmirik. Heyətimizdən razıyam. İki aydır, burdayam. Çalışıram, düşünürəm ki, heyəti tamamilə tanımaq üçün kifayət qədər vaxt olmayıb.

– “Qarabağ” Azərbaycan çempionatında demək olar, ikinci heyətlə meydana çıxır. Sizcə, bu fonda çempionluq uğrunda mübarizə apara bilərsiniz?
– Bu barədə şərh verə bilmərəm. “Qarabağ”ın hansı heyətlə oynayacağı haqda danışmaq istəməzdim. Mənimçün əsas və ya ehtiyat heyət anlayışı olmayacaq. Çalışırıq ki, həmişə inkişaf edək. Mövsümün sonunda necə olacağını deyə bilmərəm. Bakıya qayıdıb, növbəti oyuna hazırlıq başlayacaq. Növbəti həftə “İmişli”yə qarşı önəmli oyun olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Avqust 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see419

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see332

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see331

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see266

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see262

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see230

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see208

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see204

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see201

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see194

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see181

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see178

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see178

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see170

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see168

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see165

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see164

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see162

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri