Reabilitasiya müəssisəsinə infotur təşkil olundu
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.
Axar.az xəbər verir ki, iştirakçılar müəssisənin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinin fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbir gözdən əlilliyi olan şəxslərə göstərilən xidmətlər və benefisiarların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.
İnfotur iştirakçıları şöbədə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olublar.
Qonaqlara məlumat verilib ki, benefisiarlarla brayl əlifbasının öyrədilməsi, əl ağacından düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də ayaq hissiyyatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Hər bir sakinə fərdi inkişaf proqramına uyğun xidmət göstərilir.
Qeyd olunub ki, şöbəyə 5-29 yaşlı şəxslər qəbul edilir. Onlar burada qaldıqları müddətdə sosial-məişət, tibbi-sosial, sosial-psixoloji xidmətlərə cəlb olunurlar və günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
İnfotur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Fevral 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















