Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisəsinə infotur təşkil edilib AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir müəssisədə göstərilən sosial xidmətlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.
Agentliyin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev müəssisənin fəaliyyət istiqamətləri, sakinlərə göstərilən sosial-reabilitasiya xidmətləri, şöbələrin iş prinsipi, göstərilən xidmətlərin formaları, müəssisəyə qəbul qaydaları barədə ətraflı məlumat verib, iştirakçıları həmin xidmətlərlə əyani tanış edib.
Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.
İnfotur iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Dekabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















