Icma.az
close
up
RU
Reabilitasiya, yoxsa şou? Belə qurtuluş olmur! (FOTOLAR/VİDEO)

Reabilitasiya, yoxsa şou? Belə qurtuluş olmur! (FOTOLAR/VİDEO)

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son vaxtlar sosial şəbəkələrdə əsasən narkomaniya və qumar asılılığından əziyyət çəkən insanların videolarını açıq şəkildə paylaşan özəl reabilitasiya mərkəzlərinin sayı artır. Xüsusilə tanınmış şəxslərin müalicəsi “həyatları dəyişir”, “qurtuluşa doğru” kimi pafoslu başlıqlarla təqdim edilir. Bu görüntülər isə nə onların yaxınları, nə də ictimaiyyət tərəfindən birmənalı qarşılanır.
Əvvəlcə onu deyək ki, reabilitasiya mərkəzlərinin çoxalması müsbət haldır. Əgər hansısa asılılıqdan əziyyət çəkən şəxsin yenidən cəmiyyətə qaytarılması üçün çalışırsınızsa, bu, xüsusilə təqdirəlayiqdir. Bu gün keyfiyyətli reabilitasiya nəticəsində yenidən cəmiyyətə qayıdanlar da kifayət qədərdir. Bu həm ailələr, həm də sosial mühitə təsir edir.
Təəssüf ki, sayları artdıqca xəstələrdən sadəcə istifadə edərək özlərini “ən yaxşı” kimi təqdim etmək istəyən müəssisələr də peyda olur.

Bəs müalicə adı ilə bir vaxtlar tanınmış olan jurnalistlər - Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun ən həssas anlarını reklam vasitəsinə çevirmək normaldırmı? Vallah belə qurtuluş olmur...
Bəli, reklam da lazımdır. Amma hansısa xəstənin üzərindən xal yığmaqla yox! Bu, nəinki etikaya sığmır, şəxsi məlumatların qorunması baxımından da yolverilməzdir. Əgər insanlar xəstəliklə mübarizə aparırlarsa, onların pis vəziyyətini hər kəsə göstərmək, əksinə, sağalma proseslərinə və cəmiyyətə qayıdışlarına mane ola bilər. Tutaq ki, narkomaniyadan əziyyət çəkən birinin düşdüyü vəziyyəti yalnız ətrafındakılar bilirdisə, indi onu çəkib milyonlarla insanın qarşısında nümayiş etdirirlər.

Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi nədir?
Asılılıqdan qurtulmaq istəyən insanlara tibbi və psixoloji yardım göstərmək, onları travmadan və pis mühitdən uzaqlaşdırmaq və yenidən cəmiyyətə qaytarmaq. Oradakı xəstələrin ehtiyacı olan reklam deyil, məhz bunlardır.
“13-cü addım” lazım deyil…
Maraqlıdır ki, özəl reabilitasiya mərkəzlərinin çoxunu yaradanların özləri də bir vaxtlar müxtəlif asılılıqlardan əziyyət çəkiblər. O zaman belə bir sual yaranır: Həmin vəziyyətinizlə “TikTok”da, instaqramda reklam predmeti olmağa razılıq verərdinizmi? Özünüzü onların yerinə qoyun demirik, sadəcə xatırlayın deyirik.
Biz səhərdən-axşamadək özünü “ən yaxşı” kimi təqdim edən bəzi reabilitasiya mərkəzlərində xəstələrə necə işgəncələr verildiyini də görmüşük. Eyni zamanda, Novxanıda, yaxud Mərdəkanda tanınmayan bir mərkəzdə insanların sakitcə müalicə alaraq cəmiyyətə uyğunlaşmasının da şahidi olmuşuq. Odur ki, hansısa xəstənin populyarlığından istifadə edib reklam toplamaqdansa, öz işinizə daha çox vaxt ayırsanız, həm xəstələr, həm də cəmiyyət üçün daha faydalı olar.
Görünən odur ki, hazırkı vəziyyət reabilitasiya mərkəzlərinə daha ciddi nəzarət tələb edir. Bu sahə üçün etik normalar və reklam qaydaları dəqiq müəyyənləşdirilməli, xəstələrin məxfiliyi tam qorunmalıdır. Əks halda, həm xəstələr, həm də onların yaxınları reabilitasiya mərkəzlərindən üz döndərə bilərlər. (Qafqazinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri