Icma.az
close
up
RU
“Qurtuluş“ reabilitasiya mərkəzində keçirilən KONKRET

“Qurtuluş“ reabilitasiya mərkəzində keçirilən KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ombudsman Aparatı “Qurtuluş” reabilitasiya mərkəzində keçirilən monitorinqin nəticələrini açıqlayıb. 

Qurumdan KONKRET.az-a bildirilib ki, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq keçirilib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqin məqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.

Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.

Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydada qəbul edilib.

Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.

Monitorinq çərçivəsində Ombudsmanın “916” Çağrı Mərkəzinin fəaliyyəti barədə informasiyanı əks etdirən məlumat lövhələrinin mövcudluğu və reabilitasiya keçən şəxslərin Ombudsmana müraciət hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri mərkəzin nümayəndələrinə təqdim edilib.

Qeyd etmək lazımdır ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunması zəruridir. Eyni zamanda, media nümayəndələri və ictimaiyyətin reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, asılılıqlardan əziyyət çəkən şəxslərin cəmiyyətə adaptasiyası üçün vacib olan bu cür mərkəzlər barədə yoxlanılmamış məlumatların yayılmasının da narahatlıq doğurduğu vurğulanmalıdır.

Məsələ Ombudsmanın diqqət mərkəzindədir. Reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlil işinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrin hazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri