Real a keçəcəyinə dair xəbərlərə cavab verdi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Arsenal"ın futbolçusu Uilyam Saliba “Real”a keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi bu məlumatları təkzib edib:
"Mən burada - "Arsenal"da çox xoşbəxtəm. Müqaviləmin bitməsinə hələ 2 il yarım var. "Arsenal"da oynamağa davam etmək, böyük uğurlar qazanmaq istəyirəm. Əgər bu klubdan heç nə qazanmadan ayrılsan, azarkeşlər səni unudacaqlar. Məqsədim “Arsenal”la kuboklar əldə etməkdir. Hələlik yeni müqavilə bağlamaq üzərində işləmirik. İndi tələsmək üçün heç bir səbəb yoxdur".
Xatırladaq ki, Uilyam Salibanın "Arsenal"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, cari mövsüm klub səviyyəsində 38 matça çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Mart 2025 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















