“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Real” azarkeşi və onun 18 yaşlı oğlu “Barselona” ilə “El-Klasiko” zamanı “Kamp Nou” stadionundan uzaqlaşdırılıblar.
QOL.az xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, hadisə Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan matçda baş verib.
Bildirilir ki, o, oğlunun 18 yaşının tamam olması münasibətilə ona “El-Klasiko”ya bilet hədiyyə edib. Ata iki bilet üçün 2800 avro ödəyib.
Azarkeşin sözlərinə görə, stadionun girişində təhlükəsizlik əməkdaşları “Real”ın formalarını çıxarmalarını tələb ediblər. Ata və oğul Kilian Mbappenin qolunu qeyd edərkən ayağa qalxıb qucaqlaşıblar. Lakin mühafizə xidməti onların davranışını qayda pozuntusu hesab edərək hər ikisini stadiondan çıxarıb.
Nəticədə ata və oğul qarşılaşmanın qalan hissəsini stadiondan izləməkdən məhrum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 28 Oktyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















