Icma.az
close
up
RU
“Real” darmadağın etdi, “Atletiko” 3 cü yeri əldən verdi

“Real” darmadağın etdi, “Atletiko” 3 cü yeri əldən verdi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

La Liqada hesabat turu ilk növbədə “Real”ın “Real Sosyedad”ı darmadağın etməsi, “Atletiko”nun ardıcıl 3-cü oyunda qola və qələbəyə həsrət qalması ilə əlamətdar oldu. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan “Betis” qələbə qazandı, “Espanyol”la “Selta” öz aralarındakı dueldə 1 xalla kifayətləndi.

"Football-plus.az" xəbər verir ki, “Real Sosyedad” Pelleqrino Mataratsonun rəhbərliyi altında ilk məğlubiyyəti aldı.
“Real”ın “Santyaqo Bernabeu”da baskları yerlə yeksan etdiyini demək olmaz, sadəcə, meydan sahibləri qol imkanlarından daha yaxşı yararlandı. “Real” artıq 5-ci dəqiqədə hesabı açdı – Qonsalo Qarsiya dəqiq zərbə vurdu. Qonaqlar cəsarətlə hücuma atılırdı ki, bunun da nəticəsində 21-ci dəqiqədə hesab bərabərləşdi. Erreranın qazandığı penaltini Oyarsabal qola çevirdi. Amma bu qol meydan sahiblərini ruhdan salmadı. Yüngül zədəyə görə ehtiyat oyunçular skamyasında əyləşən Mbappenin yoxluğunda Vinisius lider rolunu üzərinə götürdü. Cəmi bir neçə dəqiqə sonra braziliyalı penalti qazandı, özü də qapıçı ilə topu fərqli künclərə göndərdi. Yarım saatın tamamında Valverde cərimə meydançasının qövsü üzərindən topu “9-luğ”a göndərməklə fərqi artırdı. 2-ci hissə başlayan kimi Vinisius daha bir penalti qazandı və yenə dəqiq zərbə vurmaqla dublunu rəsmiləşdirdi. Ardından meydan sahibləri bir qədər sakitləşdi və basklar bir neçə təhlükəli vəziyyət yaratdı. Kurtua iki dəfə ustalığını göstərməyə məcbur oldu. Sonluq qarşılıqlı hücumlar şəraitində keçdi, tərəflər hərəyə bir dəfə fərqləndi, ancaq Oskarssonla Vinisiusun qolları ofsayd üzündən sayılmadı. “Real” ən azı ikigünlüyə zirvəyə yüksəldi və “Benfika” ilə ÇL oyunu ərəfəsində əhval-ruhiyyəsini yaxşılaşdırdı.
Görünür, “Atletiko” “Barselona” ilə kubok oyununda hədsiz güc sərf edib. İş ondadı ki, “hindular” çempionatda ardıcıl 3-cü oyunda qol vura bilmədi. Amma öz qapısında üç qol gördü. Baxmayaraq ki, “Rayo Valyekano” rəqibi evdə yox, neytral meydanda – Leqanesdə qəbul etdi. Liderlərini “Brügge” ilə ÇL oyunu üçün qoruyan “Atletiko” meydana qarışıq heyətlə çıxmışdı. Simeonenin komandası yalnız yarım saat varlığını göstərdi. Ardından “Rayo” daha yaxşı oynadı, çoxlu qol vəziyyəti yaratdı və fasiləyə az qalmış hesabı açdı. 45-ci dəqiqədə Valentin 2-ci qolu vurmaqla nominal qonaqların vəziyyətini bir qədər də çətinləşdirdi. Simeone 2-ci hissədə bəzi əsas oyunçularını “döyüşə atsa” da, komandasının oyun keyfiyyəti yüksəlmədi. “Rayo” fasilədən sonra da rəqiblə başa-baş oynadı, sona 14 dəqiqə qalmış isə 3-cü qolu da vurdu. “Atletiko”da oyun sistemi ilə bağlı problemlər var ki, Oblak da oyundan sonra bunu etiraf etdi (“turun sitatı”na bax – red.). Bu dəfə böyük hesabla uduzan madridlilər əvvəlki turlarda “Levante” ilə heç-heçə (0:0) etmiş, “Betis”ə uduzmuşdu (0:1).
Turun qalan oyunlarına gəlincə, “Vilyarreal” səfərdə “Xetafe”yə uduzsa da, “Atletiko”nun darmadağın olması üzündən 3-cü pilləyə yüksəldi. “Betis” “Malyorka”nı məğlub etməklə “avrokubok zonası”nda yerini qorudu, “Valensiya” “Levante” üzərindəki qələbə sayəsində üç pillə irəlilədi. “Espanyol” – “Selta”, “Sevilya” – “Alaves” oyunlarında məhsuldar, “Elçe” – “Osasuna” oyununda isə qolsuz heç-heçə qeydə alındı. “Atletik” də aşkar autsayder “Ovyedo” ilə oyunda əzmkar qələbə qazandı.
24-cü tur
Real – Real Sosyedad 4:1

Q.Qarsiya, 5. Vinisius, 25-p.; 48-p. Valverde, 31 – Oyarsabal, 21-p. (74176)
Real: Kurtua, Aleksander-Arnold (Karvaxal, 60), Rüdiger (Alaba, 60), Höysen, Karreras, Valverde (Dias, 73), Gülər, Çuameni (Sestero, 79), Kamavinqa (Sebalyos, 73), Q.Qarsiya, Vinisius.
Rayo Valyekano – Atletiko 3:0
Peres, 40. Valentin, 45. Mendi, 76. (5335)
Atletiko: Oblak, Ruceri (Varqas, 56), Lanqle (Lukman, 63), Ximenes, Molina, Kardoso (Lyorente, 63), Mendosa (Le Norman, 56), Qonsales, Baena (Alvares, 56), Almada, Sörlot.
Xetafe – Vilyarreal 2:1
Arambarri, 41-p. Satriano, 53 – Mikautadze, 76. (7551)
Malyorka – Betis 1:2
Muriqi, 66 – Ezzalzuli, 18. Bakambü, 45+2. (18658)
Levantes – Valensiya 0:2
Ramazani, 64. Sadik, 84. (22967)
Espanyol – Selta 2:2
K.Qarsiya, 66. Dolan, 86 – Cutqla, 38. B.İqlesias, 90+3. (27368)
Sevilya – Alaves 1:1
Sou, 42 – Martines, 60. (32846)
Elçe – Osasuna 0:0
(21253)
Ovyedo – Atletik 1:2
Çayra, 30 – Xauregisar, 58. Sanset, 71-p. (25225)
Jirona – Barselona 2:1
Lemar, 61. Beltran, 86 – Kubarsi, 59. (14043)
1. Real 24 19 3 2 53-19 60
2. Barselona 24 19 1 4 64-25 58
3. Vilyarreal 23 14 3 6 44-26 45
4. Atletiko 24 13 6 5 38-21 45
5. Betis 24 11 8 5 39-29 41
6. Espanyol 24 10 5 9 29-33 35
7. Selta 24 8 10 6 32-27 34
8. Real Sosyedad 24 8 7 9 34-35 31
9. Atletik 24 9 4 11 27-34 31
10. Osasuna 24 8 6 10 28-28 30
11. Xetafe 24 8 5 11 20-28 29
12. Jirona 24 7 8 9 24-38 29
13. Sevilya 24 7 5 12 31-39 26
14. Alaves 24 7 5 12 21-30 26
15. Valensiya 24 6 8 10 25-37 26
16. Elçe 24 5 10 9 31-35 25
17. Rayo Valyekano 23 6 7 10 21-30 25
18. Malyorka 24 6 6 12 29-39 24
19. Levante 23 4 6 13 26-40 18
20. Ovyedo 23 3 7 13 13-36 16
Bombardirlər: Mbappe (Real) - 23, Muriqi (Malyorka) – 16, Torres (Barselona) – 12, Budimir (Osasuna) – 11.
Növbəti turun oyunları fevralın 20-23-ü aralığında keçiriləcək: Atletik – Elçe, Real Sosyedad – Ovyedo, Betis – Rayo Valyekano, Osasuna – Real, Atletiko – Espanyol, Xetafe – Sevilya, Barselona – Levante, Selta – Malyorka, Vilyarreal – Valensiya, Alaves – Jirona.
Turun rəqəmi
13 – “Real” İspaniya çempionatında 24-cü turlardan sonra penalti sayında yeni rekord müəyyənləşdirdi. Madridlilərin rəqiblərinin qapısına artıq 13 penalti təyin olunub. Əvvəlki rekord 12 idi (“Barselona” – 1950/51, 2015/16). Cari mövsümdə 13 rekord nəinki La Liqa, ümumiyyətlə, “böyük beşlik” üçün rekorddu. “Bavariya”nın xeyrinə 9, “Maynts-05”, “Brentford” və “Brest”in xeyrinə 8 penalti təyin olunub.
Turun ulduzu
Vinisius Junior (Real) – bir çox mütəxəssis şübhəli saysa da, iki penaltini qola çevirən braziliyalı böyükhesablı qələbəni təmin etdi. Mbappenin yoxluğunda komandanın yükünü çiyninə götürdü, oyundaşlarını arxasınca apardı.
Turun sitatı
Yan Oblak, “Atletiko”nun qapıçısı:

“Belə görünür ki, La Liqada artıq nəsə qazanmaq imkanımız yoxdu. Belə oyunlar keçirməyi, belə məğlubiyyətləri özümüzə sığışdıra bilmərik. Belə oyunla hansısa titul uğrunda mübarizə aparmaq olmaz. Məndə belə təəssürat yaranır ki, bütün gücümüzü meydanda qoymuruq. Bu məğlubiyyətə tam layiqik”.


Oyundan sonra
Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:

“Oyunun çətin olacağını bilirdik, ancaq həftə ərzində yaxşı məşq etdik ki, bu da meydanda özünü göstərdi. Rəqibin iti əks-hücumlarından xəbərdarıq, bu üzdən meydanın ona aid hissəsində dominantlıq etməyə çalışdıq. “Benfika” ilə əvvəlki oyunu hələ də xatırlayırıq. Mourinyonun komandasının aqressivliyini nəzərə alsaq, cavab görüşünü düşünmədən Lissabonda yaxşı oyun keçirməliyik”.


Faktlar
* Vinisius İspaniyada çıxış etdiyi dövrdə qazandığı penaltilərin sayına görə 2-ci yerdədi. “Real”ın vingeri indiyə qədər 14 penalti qazanıb. Braziliyalı bu göstəricidə yalnız Budimirdən (15) geri qalır.
* Vinisius La Liqada qol sayını 69-a çatdırdı. Braziliyalı bu göstəricidə həmvətəni Neymarı (68) arxada qoydu. Amma Vinisius La Liqada 229, Neymar isə 123 oyun keçirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri