Icma.az
close
up
RU
“Real”la “Barselona” darmadağın etdi, “Atletiko” büdrədi

“Real”la “Barselona” darmadağın etdi, “Atletiko” büdrədi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

La Liqada hesabat turu lider “Real”la ən yaxın izləyicisi arasındakı xal fərqinin artmasıyla əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, “ağ şimşəklər” “Valyadolid”i darmadağın etdisə, “hindular” ardıcıl 2-ci oyunda qələbəyə həsrət qaldı. “Barselona” da “Valensiya”ya unudulmaz zərbə vurdu.
“Valyadolid” – “Real” oyununun ilk dəqiqələrinin təəssüratınə əsasən meydan sahiblərinin hər oyunda 1-dən az qol vurduğuna, zirzəmidə qərarlaşdığına inanmaq çətin idi. Onlar debütü gümrah keçirdi, Kurtua Torresin zərbəsindən sonra komandasını qoldan xilas etməli oldu. Ancaq hissənin üçdəbiri arxada qalandan sonra oyun gözlənilən tərzdə davam etdi.
“Real” həm topa nəzarəti, həm də ərazi üstünlüyünü ələ keçirdi, liqanın ən zəif müdafiə xəttini yarmaq üçün azacıq təzyiq kifayət idi. Bir neçə təhlükəli vəziyyətin ardından hesab açıldı. 30-cu dəqiqədə Bellingemlə “divar ötürməsi” oynayan Mbappe cərimə meydançasında boş mövqeyə çıxıb qapıçını məyus etdi. “Valyadolid” fasilədən sonra yenidən tempi artırmağa çalışdı və dərhal cəzalandı. Bu dəfə Mbappe Rodriqonun ötürməsindən yararlandı. Fərqi artıran madridlilər yetərincə sakit və ehtiyatlı şəkildə oyunu qələbəyə daşıdı. Nəhayət, son dəqiqələrdə Bellingemin qazandığı penaltini qola çevirən Mbappe het-triki rəsmiləşdirdi. Ançelotti həm qələbəyə nail oldu, həm də ÇL ərəfəsində müəyyən rotasiya gerçəkləşdirdi.
“Real”dan tez meydana çıxan “Atletiko” ən azı bir neçə saatlığa liderliyi ələ keçirə bilərdi. Ancaq ötən tur gözlənilmədən “Leqanes”ə uduzan “hindular” bu dəfə də xal itirdi. Simeonenin komandası cari mövsümdə 2-ci dəfə “Vilyarreal”la “sülh bağladı”. 1-ci dövrədə olduğu kimi, “Atletiko” yenə də qol buraxdı və hesabı bərabərləşdirdi. Meydan sahibləri oyuna fəal başlasalar da, debütdə real qol vəziyyəti yarada bilmədilər. Əksinə, qonaqların erkən qol vurmaq imkanı daha real idi, sadəcə, Koşta topu qapının üstündən vurdu. “Sarılar”ın nadir əks-hücumları rəqib üçün gərginlik yaradırdı. Belə hücumların birində Jerar Moreno penalti qazandı və özü də zərbəni dəqiq yerinə yetirdi. Bu qol madridlilərin əsəblərini pozdu.
“Vilyarreal” fərqi artıra bilərdi, ancaq elə həmin Moreno iki imkanı qaçırdı. Simeone fasilədə üçlü dəyişikliyə əl atmaqla təzyiqi gücləndirdi. Nəticədə sonradan meydana çıxanlardan Lino 58-ci dəqiqədə hesabı bərabərləşdirdi. Bundan dərhal sonra “sarılar” yenidən irəli çıxa bilərdi. Sadəcə, Barri topu boş küncə göndərməyi bacarmadı. “Atletiko” 2-ci hissəni hücumda keçirdi, son dəqiqələrdə rəqibi meydanın özünə aid hissəsinə sıxdı. Amma Barriosla Qrizmann qələbə topunu vurmaq imkanını qaçırdı. Bu heç-heçə turnir cədvəli baxımından tərəflərdən heç birini razı salmadı. “Real” bir neçə saat sonra “Atletiko” ilə xal fərqini artırdısa, “Vilyarreal” da turun sonunda “Barselona”dan uzaq düşdü.
“Barsa” elə ilk 20 dəqiqədə “Valensiya”nı darmadağın etdi. Kataloniyalılar indi həm əzəli rəqibi “Real”a, həm də “Atletiko”ya çatmaq eşqi ilə alışıb-yanır. Madrid klubları hələ irəlidədi. Ancaq “Barsa” “Valensiya”ya qarşı göstərdiyi oyunu hər dəfə təkrarlasa, onda çempionluğa da iddia edə bilər. “Yarasalar” hər nə qədər autsayder olsa da, daha bu səviyyəyə düşəsi komanda deyil. Fasiləyə qədər tabloda hesab artıq 5:0 meydan sahiblərinin xeyrinə idi. 2-ci hissədə mübarizə bir qədər sakit xarakter aldı. “Valensiya” hədsiz passiv görünür, sanki mübarizəni davam etdirmək istəmirdi.
Hər halda, Duro 59-cu dəqiqədə qollardan birinin əvəzini çıxa bildi. Sadəcə, bundan sonra meydana Levandovski çıxdı ki, hər kəs də polşalı forvardın qol acgözlüyündən xəbərdardı. O, meydana çıxandan 6 dəqiqə sonra fərqi artırdı, daha sonra “yarasalar”dan Tarreqa “qapıların yerini səhv saldı”. “Barsa” bu qələbədən sonra “Atletiko”dan 3, “Real”dan 9 xal geri qalır.
“Yarasalar” isə bu gedişlə çətin elitada yerini qoruya bilə.
Turun qalan oyunlarına gəlincə, “Real Sosyedad” gözlənilmədən evdə darmadağın oldu. “Xetafe” San-Sebastyan klubunun qapısından üç cavabsız top keçirdi. “Atletik”in “Leqanes”i məğlub edə bilməməsi də sürprizdi. “Sevilya” 135 illiyini qeyd etdiyi gündə heç-heçə ilə kifayətləndi – 1:1. “Las Palmas” – “Osasuna” oyununda da bu hesab qeydə alındı. Səfərdə “Malyorka”nı məğlub edən “Betis” “avrokubok zonası”na bir qədər yaxınlaşdı. “Jirona” isə ardıcıl 2-ci oyunda hesabı açsa da, sonradan məğlubiyyətlə barışdı.
Turun son oyununda “Alaves” “Selta” ilə heç-heçə etdi.
21-ci tur
Valyadolid – Real 0:3
Mbappe, 30; 57; 90+1-p. (26025)
Real: Kurtua, F.Qarsiya, Rüdiger, Çuameni, Asensio (Alaba, 68), Valverde (Aquado, 90+3), Sebalyos (Modriç, 68), Rodriqo (Gülər, 73), Dias, Bellingem, Mbappe (Endrik, 90+2).
Barselona – Valensiya 7:2
F.de Yonq, 3. Torres, 8. Rafinya, 14. Lopes, 24; 45+4. Levandovski. 66. Tarreqa, 75-öz qapısına – Duro, 59. (45312)
Barselona: Şensnı, Kunde (Fort, 71), Kubarsi, E.Qarsiya, Balde (Martin, 60), F.de Yonq (Torre, 78), Kasado, Lopes, Yamal (Viktor, 71), Torres, Rafinya (Levandovski, 60).
Atletiko – Vilyarreal 1:1
Lino, 58 – Moreno, 29-p. (63596)
Atletiko: Oblak, Molina, Le Norman, Vitsel, Mandava (Lino, 46), Simeone (Aspilikueta, 46), Qallaher (De Paul, 46), Koke (M.Lyorente, 71), Barrios, Korrea (Qrizmann, 59), Alvares.
Real Sosyedad – Xetafe 0:3
Uçe, 72. Peres, 74; 85. (30004)
Atletik – Leqanes 0:0
(47612)
Sevilya – Espanyol 1:1
Bade, 61 – Kumbula, 15. (33602)
Las Palmas – Osasuna 1:1
Yanuzay, 90+8 – Oros, 53. (19762)
Malyorka – Betis 0:1
Bakambü, 90+6. (19452)
Rayo Valyekano – Jirona 2:1
Nteka, 80; 83 – Xil, 58. (12405)
Alaves – Selta 1:1
K.Qarsiya, 6-p. – Düran, 66. (13612)
1. Real 21 15 4 2 50-20 49
2. Atletiko 21 13 6 2 35-14 45
3. Barselona 21 13 3 5 59-24 42
4. Atletik 21 11 7 3 31-18 40
5. Vilyarreal 21 9 7 5 39-32 34
6. Malyorka 21 9 3 9 19-26 30
7. Rayo Valyekano 21 7 8 6 25-24 29
8. Jirona 21 8 4 9 29-29 28
9. Real Sosyedad 21 8 4 9 17-17 28
10. Betis 21 7 7 7 23-26 28
11. Osasuna 21 6 9 6 25-30 27
12. Sevilya 21 7 6 8 24-30 27
13. Selta 21 7 4 10 30-33 25
14. Xetafe 21 5 8 8 17-17 23
15. Las Palmas 21 6 5 10 26-34 23
16. Leqanes 21 5 8 8 19-29 23
17. Alaves 21 5 6 10 25-33 21
18. Espanyol 21 5 5 11 20-33 20
19. Valensiya 21 3 7 11 20-36 16
20. Valyadolid 21 4 3 14 14-42 15
Bombardirlər: Levandovski (Barselona) – 17, Mbappe (Real) – 15, Rafinya (Barselona) - 12, Budimir (Osasuna) – 10.
Turun rəqəmi
100 – “Valensiya”nı darmadağın edən “Barselona” cari mövsümdə keçirdiyi 32-ci oyunda 100 qol həddinə çatdı, hətta 101-ci qolu da vurdu. “Barsa” 21-ci əsr üçün klubun məhsuldarlıq rekordunu müəyyənləşdirdi. Kataloniya klubu tarixində bir dəfə 100 qol həddinə bundan az oyunda çatıb. 1958/59 mövsümündə Elenio Erreranın çalışdırdığı komanda 100 topu 31 oyunda vurmuşdu.
Turun ulduzu
Kilian Mbappe (Real) – turda het-trik edən varsa, başqa futbolçunu seçmək çətindi. Mbappe iki dəfə oyun vəziyyətindən, bir dəfə fə penaltidən fərqləndi. Özü də fransalı ulduz təkcə bitirici rolunu uğurla yerinə yetirmədi, topa nəzarət baxımından da oyundaşlarıyla əla anlaşdı.
Turun sitatı
Kilian Mbappe, “Real”ın hücumçusu:

“Vinisius və Rodriqo mənə La Liqanın bombardiri olmaqda yardım etmək istəyir? Çox yaxşı olardı, ancaq mən də onlara və bütün komandaya yardım etməliyəm. Bombardir olsam, lap əla, ancaq titullar məni daha xoşbəxt edir. La Liqa çempionluğu ən vacib hədəfdi”.


Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Futbolçular bütünlüklə oyuna kökləndi və əla iş gördülər. Komandamın çıxışını bəyəndim. Sonradan çıxanlar çətinlik çəkdi? Bu mənim işimdi, normal haldı. Yaxşı komandamız var, atmosfer əladı, mənim vəzifəm seçim etməkdi”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Çempionatda “Barselona” ilə yaratdığımız xal fərqi? “Real”a sakitliyi qorumaq və düşünülməmiş qərarlardan qaçmaq çox vacibdi. La Liqa hədsiz uzun turnirdi, hər şeyin həll olunduğunu demək baxımından çox tezdi. Müəyyən üstünlüyümüz var ki, bundan yararlanmaq niyyətindəyik”.


Faktlar
* Mbappe ilk het-trikin sürəti baxımından “Real” tarixində dördüncüdü. Fransalı hücumçuya bunun üçün 19 oyun keçirmək lazım gəldi. Braziliyalı Ronaldo da “Real”ın heyətində İspaniya çempionatındakı ilk het-triki məhz 19-cu oyunda gerçəkləşdirmişdi. Bu hədəfə daha tez çatanlar isə Van Nistelroy (2), Beyl (9) və Adebayordu (14).
* 21 yaşlı Fermin Lopes “Barselona”nın tarixinə Boyan Krkiçdən sonra bir oyunda 4 məhsuldar hərəkətlə yadda qalan ən gənc oyunçu kimi düşdü. O, “Valensiya” ilə oyunda 2 qol vurdu və 2 məhsuldar ötürmə verdi. Oyun günü Fermin 21 yaş 260 günlük idi. Krkiç isə 2008-ci il martın 23-də - “Valyadolid”lə oyunda (4:1) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalanda 17 yaş 208 günlük idi.
* “Valensiya” çempionatda buraxdığı qol sayı baxımından 21-ci əsrin antirekordunu müəyyənləşdirdi. “Yarasalar” La Liqada 7 qolu sonuncu dəfə 1955-ci ildə buraxmış, onda “Alaves”ə 0:7 hesabıyla uduzmuşdular. Ümumiyyətlə, “Valensiya” bütün turnirlər çərçivəsində 8 dəfə 7 qol buraxıb. Klubun tarixində 7-dən artıq qol buraxdığı iki oyun da var. La Liqanın 1940/41 mövsümündə “Valensiya” “Sevilya”ya 3:10, 1933-cü ildəki oyunda isə “Atletik”ə 2:8 hesabıyla uduzub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see140

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see132

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see130

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see127

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see123

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see114

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see111

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri