Icma.az
close
up
RU
“Real” ən yaxşı klub, Yamal ilin sıçrayışı, Nadal fəxri təqaüdçü...

“Real” ən yaxşı klub, Yamal ilin sıçrayışı, Nadal fəxri təqaüdçü...

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Ötən həftənin əvvəlində ənənəvi “Laureus” mükafatının 2025-ci il üçün mükafatlandırma mərasimi oldu.

"Football-plus.az" xəbər verir ki, “Laureus” dünyada yetərincə nüfuzlu mükafat sayılır, “idman “Oskar”ı” adlandırılır. İspaniya paytaxtına dünya idmanının bir çox nüfuzlu siması təşrif buyurmuşdu. Qaliblər 8 kateqoriya üzrə seçildi.
Gecənin əsas mükafatları
“İlin kşi idmançısı” mükafatı 25 yaşlı isveşli atlet Arman Düplantisə təqdim olundu. O, 2024-ün yayında Parisdə keçirilən Oyunlarda qızıl medal qazanmaqla yanaşı, olimpiya rekordunu (Armanın nəticəsi 6,25 metr) yenilədi. Bu ilin fevralında isə qapalı məkanda şüvüllə tullanmaq üzrə yeni rekord müəyyənləşdirdi – 6,27 m.
28 yaşlı gimnast Simona Baylz “ilin qadın idmançısı” sayıldı. Tokio Olimpiadasını boşa verən amerikalı xanım Paris Olimpiadasında üç qızıl medal qazandı. Bu nominasiyada Baylzın əsas rəqibləri “Barselona”nın oyunçusu Aytana Bonmati (2023, 2024-cü illərdə “Qızıl top”un sahibi) və belaruslu tennisçi Arina Sobolenko idi.
“İlin komandası” üçün ayrılan mükafat “Real”a çatdı.
Madrid nəhəngi 2023/24 mövsümündə Çempionlar Liqasını, İspaniya çempionluğunu, İspaniya Superkubokunu, UEFA Superkubokunu və Qitələrarası kuboku qazanıb. “Real”ın bu nominasiyadakı rəqibləri “Boston” basketbol klubu, “Barselona”nın qadınlardan ibarət komandası, “Formula-1”də çıxış edən “Maklaren”, İspaniyanın futbol və ABŞ-ın kişilərdən ibarət basketbol yığması idi.
“İlin sıçrayışı” nominasiyasında “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal qalib gəldi. İspaniyalı ulduz ötən il yığmanın heyətində Avropa çempionu olub, qatıldığı turnirlərdə bir çox rekord yeniləyib. Yamal mükafat yolunda mübarizədə “San-Antonio”nun basketbolçusu Viktor Vembanyama ilə “Bayer-04”ü qabaqladı.
“Laureus”un təşkilatçıları bu dəfə xüsusi mükafat da təsis etmişdi – “İdman ikonası”. Bu mükafat karyerası boyunca nəhəng uğurlara nail olan idmançılara verilir. Ötən ilin payızında tennis karyerasını bitirən Rafael Nadal mükafatı başı üzərinə qaldırdı. 38 yaşlı ispaniyalının əvvəllər iki dəfə “ilin idmançısı” kimi “Laureus” qazandığını da xatırladaq.
Başqa mükafatlar
Təşkilatçılar başqa ənənəvi nominasiyalar üzrə də qalibləri müəyyənləşdirdi. “Laureus”un versiyasına görə “ilin dönüşü” mükafatına braziliyalı gimnast Rebeka Andrade layiqdi. 25 yaşlı idmançı ağır zədə üzündən Paris Olimpiadasını buraxa bilərdi, ancaq vaxtında bərpa olundu və sərbəst hərəkətlərdə qızıl medal qazandı.
Sağlamlıq imkanları məhdud olanlar arasında “ilin idmançısı” mükafatı çinlu Szyan Yuyyana verildi. 20 yaşlı xanım idmançı Paris Paralimpiadasında 7 qızıl medal qazanıb. “Action” (ilin alternativ idmançısı) nominasiyasında Paris Olimpidasının qızıl medalçısı, britaniyalı veloyürüşçü Tom Pidkok qalib sayıldı. “Xeyirxahlıq üçün idman” nominasiyasında mükafat Lesotoda futbolun təbliği ilə məşğul olan “Kick4life” layihəsinə çatdı.
Sonda mükafatın reqlamentini də xatırladaq. “Laureus”un qısa siyahıları 70-dən artıq ölkədən olan 1000-dən artıq idman mediasının nümayəndələrinin səsverməsi əsasında müəyyənləşir. Ardından “Lauerus” Ümumdünya İdman Akademiyası həmin qısa siyahılar əsasında qalibləri seçir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see240

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see183

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see167

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see155

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see153

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see147

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see140

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see140

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see137

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see129

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see127

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see127

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see126

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see125

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see125

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see124

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see124

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see122

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see120

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri