Real ın sabiq futbolçusu Lukas Vaskesin yeni klubu bilindi
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real"ın keçmiş futbolçusu Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.
Mənbənin məlumatına görə, ispaniyalı "Bayer"lə müqavilə imzalayacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Futbolçu azad agent kimi Leverkuzen klubuna keçəcək. Futbolçu hətta gizli şəkildə tibbi müayinədən keçib, müqavilə bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Vaskes bu yayın əvvəlində "Real"dan ayrılıb. 34 yaşlı futbolçu 2007-ci ildən "Kral klubu"nun formasını geyinirdi. O, Madrid təmsilçisinin heyətində ümumilikdə 402 oyuna çıxıb.

Lukas Vaskesin yeni klubu müəyyənləşib
26 Avqust 2025 11:04
Modriç və Vaskesin “Real”dakı gələcəyi müəyyənləşib
01 May 2025 23:00
Real ın sabiq futbolçusu yeni klubunda
28 İyul 2025 13:08
Real ın sabiq futbolçusu öldü
28 Fevral 2025 00:40
Real ın hədəfi bilindi
07 Fevral 2025 12:41

