Real Kurtuanın yerinə 19 yaşlı türk qapıçını transfer etmək istəyir
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Trabzonspor"un U-19 komandasının qapıçısı Onuralp Çevikkan karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" türk qolkiperi transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.
"Kral klubu" Onuralp Çevikkanı Tibo Kurtuanın uzunmüddətli davamçısı kimi düşünür. "Real"ın yaxın zamanda 19 yaşlı futbolçu üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, "Trabzonspor" Onuralp Çevikkanı 2023-cü ilin yayında "Altınordu" akademiyasından transfer edib. Türkiyə U-19 millisinin üzvü "Trabzonspor"un U-19 komandasında çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
Baxış sayı:131
Bu xəbər 28 Yanvar 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















