“Real Madrid” Kurtuanın yerinə onu istəyir
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın “Real Madrid” klubu Fransa “Tuluza”sının gənc və perspektivli qapıçısı Giyom Restin xidmətində maraqlıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur insayder Ekrem Konur məlumat yayıb.
Məlumata görə, “Kral klubu” 21 yaşlı fransalı qolkiperi gələcəkdə Tibo Kurtuanın əsas əvəzləyicisi və varisi kimi nəzərdən keçirir. Gənc qapıçının ehtimal olunan transfer dəyəri 18 milyon avro qiymətləndirilir. Giyom Rest 2023-cü ilin yayından “Tuluza”nın şərəfini qoruyur və onun mövcud müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
Digər tərəfdən, Tibo Kurtuanın “Kral klubu” ilə hazırkı müqavilə müddəti 2027-ci ilin iyununda başa çatır. Yeni qapıçı axtarışlarına baxmayaraq, Madrid təmsilçisi ilə 32 yaşlı belçikalı əlcək sahibi müqavilənin daha bir il uzadılması barədə şifahi razılığa gəliblər.
Bu razılaşmanın nəticəsi olaraq təcrübəli qolkiperin ən azı 2028-ci ilin yayına qədər komandada qalacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 14 Oktyabr 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















