Real La Liqanın köməyindən imtina etdi
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
La Liqa “Real"a Çinlə yaranmış münaqişənin həllində kömək təklif edib.
Sportal.az xəbər verir ki, daha əvvəl Kilian Mbappe belə açıqlama vermişdi: “Məni ən çox güldürən Çin diktatoru obrazında təsvir olunduğum mem oldu. Dostlarımla ünsiyyətdə ondan tez-tez istifadə edirəm”.
Bu açıqlamadan sonra bir neçə Çin şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb, ölkədə La Liqa oyunlarının yayımı isə müvəqqəti olaraq dayandırılıb. Nə fransalı hücumçunun, nə də Madrid klubunun üzrxahlığı vəziyyəti dəyişə bilib.
L’Équipe nəşrinin məlumatına görə, La Liqa Mbappenin sözlərinin yarada biləcəyi nəticələr barədə “Real"ı əvvəlcədən xəbərdar edib və problemin həllinə kömək göstərməyə hazır olduğunu bildirib. Lakin paytaxt klubunun rəhbərliyi liqa rəhbərliyi ilə münasibətlərinin olduqca gərgin olması səbəbindən bu təklifi rədd edib.
Bildirilir ki, “Real Madrid”in bəzi rəhbər şəxsləri hətta yaranmış vəziyyətə istehza ilə yanaşıb və La Liqa prezidenti Xavyer Tebasın bu problemdən necə çıxış yolu tapacağını maraqla gözləyiblər.
“Real"ın Çin bazarındakı müqavilələri üçün hər hansı təhlükə olmasa da, klubun müəyyən itkilərlə üzləşəcəyi gözlənilir. Buna səbəb Mbappenin adı yazılmış formaların həmin regionda ən çox tələb olunan məhsullar arasında olmasıdır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 28 Oktyabr 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















