Icma.az
close
up
RU
Real Madrid də Arbeloanın yerinə 8 namizəd: Kral klubu baş məşqçi axtarışını davam etdirir

Real Madrid də Arbeloanın yerinə 8 namizəd: Kral klubu baş məşqçi axtarışını davam etdirir

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

"Real Madrid"də Arbeloanın yerinə 8 namizəd: Kral klubu baş məşqçi axtarışını davam etdirir

Xabi Alonsunun baş məçqçi vəzifəsindən ayrılmasından və Arbeloanın onun yerinə təyin edilməsindən sonra belə "Real Madrid"də baş məşqçi axtarışı davam edir. Buna da səbəb Arbeloanın komandada arzu edilən uğurlara imza ata bilməyəcəyi şübhəsidir. Hələlik Arbeloanın baş məşqçiliyi altında "Real Madrid" iki oyuna çıxıb. Onlardan birini kral klubu biabırçı şəkildə sequnda komandası "Albasate"yə İspaniya kubokunda 2:3 hesabı ilə uduzaraq turnirdə çıxışını başa vurub. Ötən şənbə isə "Real Madrid" turnir cədvəlinin son pillələrində qərarlaşan "Levante"yə 2:0 hesabı ilə qalib gəlib. Amma bu oyunda da "Real Madrid" o qədər güclü təsir bağışlamayıb. Məhz bu baxımdan kral klubu rəhbərliyi baş məşqçi axtarışını davam etdirir. İspaniya mətbuatının yazdığına görə hazırda klub rəhbərliyi baş məşqçi postuna 8 namizədi nəzərdən keçiririr.

Qeyd edək ki, istefaya göndərilən Xabi Alonso ilk yüksək səviyyəli klubu "Bayer" Leverkuzendə parlaq şəkildə çıxış etdi, lakin "Real Madrid"də uğursuz oldu. Leverkuzendən fərqli olaraq, Xabi Madrid üçün yad deyil - o, bir neçə il orada oynadı və təqaüdə çıxdıqdan sonra gənclər komandasına məşqçilik etdi. Lakin məşqçi Alonso ilə Los Blancosun böyüklər komandası arasındakı tərəfdaşlıq nəticə vermədi.

Komandadan ayrılmağa məcbur olan Alonsonun yerinə gətirilən Alvaro Arbeloa da, Alonso kimi, o da "Real Madrid"də oyunçu kimi oynayıb. Onlar "Liverpul"da da birlikdə meydana çıxıblar. Arbeloa yalnız "Los Blancos" sistemində məşqçilik edib - əvvəlcə gənclər sıralarında, sonra isə ehtiyat heyətində, yəni "Real Kastilya"da. Bir sözlə, Xabinin ən yaxşı oyunçularla işləmək təcrübəsi olsa da, Alvaro heç bir təcrübəyə malik deyil. Hələlik Arbeloanın təyinatı müvəqqəti bir tədbir kimi görünür. Kral klubu rəhbərliyi isə yeni baş məşqçi axtarıçını davm etdiriir.

Baş məşqçi postuna nəzərdə tutulan 8 məşqçidən biri italiyalı mütəxəssis Enzo Mareskadır. İtalyan məşqçi indiyə qədər demək olar ki, yalnız oyunçu karyerasına başladığı Britaniyada ("Vest Bromviç Albion"da) çalışıb. Onun ən son layihələri Mareskanın Çempionşipdən Premyer Liqaya qayıtmasına kömək etdiyi "Lester Siti" və "Çelsi" olub. Londonlularla Enzo kiçik Avropa kubokunu, Konfrans Liqasını və bəlkə də daha nüfuzlu şəkildə Klublararası Dünya Kubokunu qazandı. Lakin bu mğvsüm onun işi yaxşı getmədi və ona görə "Çelsi"dən ayrılmağa məcbur oldu. Qeyd etmək lazımdır ki, Enzonun "Real Madrid"lə heç bir əlaqəsi yoxdur - o, heç vaxt orada oynamayıb və ya klub sistemində işləməyib.

Kral klubunun digər namizədi Zinəddin Zidandır. Zidan həm oyunçu, həm də məşqçi kimi "Real Madrid" əfsanəsidir. O, futbol karyerasının son beş ilini klubda keçirib, "Yuventus"dan transfer olub və daha sonra iki dəfə baş məşqçi vəzifəsində çalışıb.

"Real"dakı ilk karyerasında Zinəddin ardıcıl üç (!) Çempionlar Liqası titulunu qazanmağı bacardı və ilk qələbəsi onun rəhbərliyi ələ keçirdikdən cəmi altı ay sonra qazanıldı. Üçüncü qələbəsindən sonra Zidan istefa verdi və tezliklə geri döndü, lakin bu dəfə yalnız bir La Liqa qələbəsi qazandı və Avropa çempionluğu qazanmadı. Zidan dörd ildən çoxdur ki, heç kimə məşqçilik etməyib və bu müddət ərzində aldığı bütün təklifləri rədd edib. İkincisi, 2026-cı il Dünya Kubokundan sonra onun Fransa millisini idarə edəcəyi və Didye Deşamın yerini tutacağı gözlənilir.

"Real Madird"in digər namizədi Yurgen Kloppdur
Kloppun adı hazırda əsasən "Liverpull"a əlaqələndirilir. Onun rəhbərliyi altında mersisaydlılar heç vaxt dominant qüvvəyə çevrilmədilər, "Mançester Siti"dən sonra ikinci yeri tutdular, lakin demək olar ki, mümkün olan bütün kubokları qazandılar - hamısı yerli, eləcə də Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Kuboku.

Kloppun özü "Real Madrid"ə mümkün keçidi ilə bağlı suala olduqca qeyri-müəyyən cavab verib. Sky Sports isə iddia edir ki, Madrid klubu ciddi maraq göstərərsə, Yürgen bu komandada işləməyə razılıq verəcək. Amma Klopp çətin ki, komandaya dərhal uğur qazandıra bilsin və onun yeni komandaya adaptasiyası üçün azı 1-2 il vaxt lazımdır. Kral klubu isə buna çətin ki razı olsun.
Digər namizəd Luis Enrike hesab olunur. 1990-cı illərin ortalarında Enrike "Real Madird"dən "Barselona"ya keçdi, sonra kataloniyalıları - əvvəlcə onların ehtiyat komandasını, sonra isə əsas klublarını məşq etdirdi. Bütün bunlar isə Enrikenin "Real Madird"i çalışdıra biləcəyini şübhə altına alır.

Kral klubunun daha namizədi Andoni İraola hazırda "Bornmut"u məşq edir, lakin o, demək olar ki, yalnız doğma İspaniyasında oynayıb və İngiltərəyə gəlməzdən əvvəl orada məşqçi kimi çalışıb.

Andoninin məşqçilik təcrübəsi Alvaro Arbeloadan daha çox olsa da, o, hələ də "Real Madrid" ulduzlarının uğurlu idarəçiliyini təmin edəcək qədər yüksək səviyyədə işləməyib. Ən azından bu səbəbdən onu Madridə gətirmək olduqca xəyalpərəst görünür.

Roberto De Zerbi də "Real Madird"in diqqət mərkəzindədir.
İtalyan mütəxəssis "Şaxtyor" və "Brayton"da əla idi və "Qağayılar"la işinə görə Qvardiolanın özündən təriflər aldı. Roberto hazırda "Marsel"ə rəhbərlik edir və ötən mövsüm komandanı ikinci yerə çıxardı. Bu il komanda "Lens" və PSJ-dən sonra üçüncü yerdədir. Yenə də Robertonun super ulduzlarla işləmək təcrübəsi yoxdur. "Real Madrid"in oyun qaydaları fərqlidir və italyan oyunçunun onlara hazır olduğuna əminlik yoxdur.

Oliver Glasner də krul klubunu çalışdıra biləcək namizədlər arasındadır.
Glasner, xüsusən də kubok yarışlarında Kristal Palas komandasını uğurla idarə edir. Keçən il Oliver "Qartallar"ı 100 ildən çox tarixində ilk kuboklarına (aşağı liqalardakı qələbələri saymayaraq) apardı - əvvəlcə onlar FA Kubokunu qazandılar (finalda Man City-ni məğlub etdilər), sonra Super Kubokda "Liverpul"a qalib gəlməyi bacardılar. Avstriyalı heç vaxt İspaniyada oynamayıb və ya işləməyib. Onun hətta ispan dilində danışması da şübhəlidir. Bu səbəbdən çətin ki, Glasner "Real Madird" çalışdıra bilsin.

Mourinyonun da adı kral klubunu çalışdıra biləcək şəxslər arasında hallandırılır. O vaxtı ilə "Real Madird"i çalıçdırıb. Lakin Mourinyo son illərdə çalışdırdığı komandaların heç biri ilə yüksək uğurlara nail ola bilməyib. Ona görə də hazırda "Benfika"nı çalışdıran Mourinyonun "Real Madird"dı uğur qazana biləcəyi inandırıcı görünmür.

Beləliklə kral klubunun rəhbərliyinin "Real Madird"çalışdıracaq baç məşqçi axtarışı davam edir. "Real Madird"i növbəti dəfə yeni uğurlara apara biləcək məşqçinin kim ola biləcəyini isə ən təcrübəli mütəxəssislər belə söyləməkdə çətinlik çəkirlər...

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:540
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 19 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri