“Real” Arbeloanın yerinə baş məşqçi axtarır Dörd namizəd var
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Real Madrid” klubu Alvaro Arbeloanın yerinə yeni baş məşqçi axtarışına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Məlumata görə, Madrid klubu dörd namizədi nəzərdən keçirir.
Yurqen Klopp klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, lakin hələlik iki tərəf arasında heç bir əlaqə olmayıb. “Real Madrid”in prezidenti Florentino Peres həmçinin Zinəddin Zidanı da yüksək qiymətləndirir, lakin məşqçi Fransa millisində karyera qurmağa daha çox meyillidir.
“Real Madrid” həmçinin ABŞ milli komandasına rəhbərlik edən Maurisio Poçettinonun və 2026-cı il dünya çempionatından sonra Fransa millisindən ayrılmağa hazırlaşan Didye Deşamın namizədliyini nəzərdən keçirir.
Qeyd edək ki, Arbeloa 2026-cı ilin yanvar ayında “Real Madrid”ə rəhbərlik etməyə başlayıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, bir gün əvvəl “Real Madrid” Çempionlar Liqasının 1/4 finalının ikinci oyununda “Bavariya”ya məğlub olaraq (3:4) turniri tərk edib.
Bu mövzuda digər xəbərlər:Real Madrid də Arbeloanın yerinə 8 namizəd: Kral klubu baş məşqçi axtarışını davam etdirir
19 Yanvar 2026 11:41
Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu
14 Yanvar 2026 00:52
Real dan göndərilən Arbeloanın yeni işi
08 İyul 2026 10:55
Real Arbeloanın rəhbərliyi altında ilk qələbəsini qazanıb
17 Yanvar 2026 20:39
Quti: “Real” Arbeloanın nəyə qadir olduğunu bilir”
13 Yanvar 2026 12:27
Baxış sayı:133
Bu xəbər 16 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















