Real Madrid oyunçusu zədədən sonra gələcəyi ilə bağlı qərarını verdi
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağır zədədən sonra sağalmağa davam edən Madrid klubunun braziliyalı qanad oyunçusu nəhayət ki, transferi ilə bağlı şayiələrə son qoyub.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Real Madrid"in hücumçusu Rodriqo ciddi zədə aldıqdan sonra Madrid klubundan ayrılmamaq qərarına gəlib.
Qeyd olunur ki, 25 yaşlı braziliyalıya əvvəllər ön çarpaz bağın və yan meniskusun yırtılması diaqnozu qoyulmuşdu və bu, onu təxminən on ay oynaya bilməyəcəkdi.
Futbolçu, 2026-cı il Dünya Kubokundan sonra Madrid klubundan ayrılmağı düşünməsinə baxmayaraq, tam sağaldıqdan sonra karyerasını "qaymaqlılar"da davam etdirmək niyyətindədir. Həmçinin qeyd olunur ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti futbolçu ilə telefonla əlaqə saxlayaraq onu dəstəklədiyini bildirib və gələcəkdə ona ümid etdiyini bildirib. Bildiyiniz kimi, bu mövsüm Rodriqo "Real"da bütün turnirlərdə 27 oyun keçirib, üç qol vurub və altı məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 05 Mart 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















