“Real Madrid“ tarixinin ən bahalı transferini edəcək FOTO
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madrid" klubu "Leypziq"dən Yan Diomandeni 125 milyon avroya transfer edərək klub tarixinin ən bahalı keçidini reallaşdıracaq.
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Əsas ödəniş kimi nəzərdə tutulan 125 milyon avrodan əlavə, Almaniya klubu 19 yaşlı futbolçu üçün bonuslar şəklində daha 15 milyon avro qazana bilər. Tərəflər arasında razılaşmanın tamamlanması üçün yalnız son rəsmi prosedurların həlli qalıb.
Diomande peşəkar karyerası ərzində cəmi 46 oyun keçirib. O, bir il əvvəl İspaniyanın ikinci divizionunda "Leqanes"in şərəfini qoruyurdu və həmin vaxt transfer dəyəri 600 min avro təşkil edirdi.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 05 Avqust 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















