Icma.az
close
up
RU
Real Madriddə oynamaq ehtimalı olan Telman Əhmədzadənin atası: 36 nəfər arasından birinci oldu

Real Madriddə oynamaq ehtimalı olan Telman Əhmədzadənin atası: 36 nəfər arasından birinci oldu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Telman ikinci turda ilk beşliyə daxil ola bilsə, rəsmi olaraq "Real Madrid" futbol akademiyasının futbolçusu olacaq".

Bunu Oxu.Az-a müsahibəsində "Real Madrid" klubunun uşaqlardan ibarət futbol akademiyasının seçmə mərhələsində birinci olan Telman Əhmədzadənin atası Cavad Əhmədzadə deyib.

- Bir valideyin olaraq Telmanın "Real Madrid"də çıxış etmə ehtimalı sizdə necə hisslər yaradır?

- Hər bir valideynin arzusu övladının "Real Madrid" kimi klubda çıxış etməsidir. Telmanın 36 uşaq arasında seçilməsi belə mənim üçün böyük uğurdur. Atası olaraq oğlumla qürur duyuram.

- Oğlunuz "Real Madrid" tərəfindən qəbul olunsa, siz Fransadan İspaniyaya köçəcəksiniz?

Telman "Real Madrid" akademiyasına seçilsə, İspaniyaya köçməyi düşünürük. Mən özüm də "Real Madrid" azarkeşi olduğum üçün ailəlikcə İspaniyaya köçmək planımız hər zaman olub. Oğluma hər zaman dəstək olmağa çalışıram və bu, hər zaman belə olacaq. Bu səbəbdən də, əlbəttə ki, İspaniyaya köçəcəyik.

- Futbolçu olmaq Telmanın istəyi idi yoxsa sizin?

Onun futbolçu olması həm mənim, həm də özünün istəyi ilə gerçəkləşib. Telman 3-4 yaşından etibarən evdə topla oynamağa başladı. Hədiyyə olaraq yalnız top istəyirdi. Ona ilk məşqlərini mən keçmişəm. Fransada uşaqları beş yaşından akademiyalara götürürlər. Artıq üç ildir ki, o, futbolla məşğul olur.

- "Real Madrid" klubunun futbol akademiyasının seçmə mərhələsinə qatılması necə baş verdi?

- "Real Madrid" təcrübəsi dostumun sayəsində oldu. O zəng etdi ki, Nant şəhərində seçmə mərhələlər olacaq. Mən də Telmanı həmin seçmələrə yazdırdım. Yaşda ən balaca o olsa da, birincilik sertifikatı aldı. Bundan sonra da yolumuza davam edəcəyik. Telman özü də çox istəklidir. Həftənin altı günü məşqlərlə məşğul olur. Telmanın 36 uşaq arasından birinci oldu. Amma bu o demək deyil ki, o, artıq "Real Madrid"in futbolçusudur. Hələ ki ikinci etap var. Əgər burada seçilən 5 futbolçu siyahısına düşsə, o zaman "Real Madrid" akademiyasının rəsmi futbolçusu olacaq.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri