Icma.az
close
up
RU
Real Madriddə oynamaq ehtimalı olan Telman Əlizadənin atası: 36 nəfər arasından birinci oldu İdman və Biz

Real Madriddə oynamaq ehtimalı olan Telman Əlizadənin atası: 36 nəfər arasından birinci oldu İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Telman ikinci turda ilk beşliyə daxil ola bilsə, rəsmi olaraq "Real Madrid" futbol akademiyasının futbolçusu olacaq".

İdman.biz xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində "Real Madrid" klubunun uşaqlardan ibarət futbol akademiyasının seçmə mərhələsində birinci olan Telman Əlizadənin atası Cavad Əlizadə deyib.

- Bir valideyin olaraq Telmanın "Real Madrid"də çıxış etmə ehtimalı sizdə necə hisslər yaradır?

- Hər bir valideynin arzusu övladının "Real Madrid"də kimi klubda çıxış etməsidir. Telmanın 36 uşaq arasında seçilməsi belə mənim üçün böyük uğurdur. Atası olaraq oğlumla qürur duyuram.

- Oğlunuz "Real Madrid" tərəfindən qəbul olunsa, siz Fransadan İspaniyaya köçəcəksiniz?

- Telman "Real Madrid" akademiyasına seçilsə, İspaniyaya köçməyi düşünürük. Mən özüm də "Real Madrid" azarkeşi olduğum üçün ailəlikcə İspaniyaya köçmək planımız hər zaman olub. Oğluma hər zaman dəstək olmağa çalışıram və bu, hər zaman belə olacaq. Bu səbəbdən də, əlbəttə ki, İspaniyaya köçəcəyik.

- Futbolçu olmaq Telmanın istəyi idi yoxsa sizin?

- Onun futbolçu olması həm mənim, həm də özünün istəyi ilə gerçəkləşib. Telman 3-4 yaşından etibarən evdə topla oynamağa başladı. Hədiyyə olaraq yalnız top istəyirdi. Ona ilk məşqlərini mən keçmişəm. Fransada uşaqları beş yaşından akademiyalara götürürlər. Artıq üç ildir ki, o, futbolla məşğul olur.

- "Real Madrid" klubunun futbol akademiyasının seçmə mərhələsinə qatılması necə baş verdi?

- "Real Madrid" təcrübəsi dostumun sayəsində oldu. O zəng etdi ki, Nant şəhərində seçmə mərhələlər olacaq. Mən də Telmanı həmin seçmələrə yazdırdım. Yaşda ən balaca o olsa da, birincilik sertifikatı aldı. Bundan sonra da yolumuza davam edəcəyik. Telman özü də çox istəklidir. Həftənin altı günü məşqlərlə məşğul olur. Telmanın 36 uşaq arasından birinci oldu. Amma bu o demək deyil ki, o, artıq "Real Madrid"in futbolçusudur. Hələ ki ikinci etap var. Əgər burada seçilən 5 futbolçu siyahısına düşsə, o zaman "Real Madrid" akademiyasının rəsmi futbolçusu olacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri