Real Tibo Kurtuanı niderlandlı qapıçı ilə əvəzləməyi planlaşdırır
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real" bu mövqeni gücləndirmək üçün "Brayton"un qapıçısı Bart Verbruqqeni əsas hədəf kimi görür və onu 2026/27 mövsümünün sonunda müqaviləsi başa çatacaq Tibo Kurtua üçün ideal, uzunmüddətli əvəzedici hesab edir. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı niderlandlı qapıçı belə bir fürsət yaranacağı təqdirdə Madriddə oynamağa müsbət yanaşar.
Verbruggen Premyer Liqada keçirdiyi doqquz oyunda altı dəfə qapısını toxunulmaz saxlayıb və bu göstəriciyə görə hazırda liqada liderlərlərdən biridir. O, ötən mövsüm qapıya vurulan zərbələrin dəf edilməsi üzrə liqada üçüncü yeri tutub. Yayda isə Niderland millisi ilə dünya çempionatında iştirak edib.
Qeyd edək ki, Verbruggenin "Brayton"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bu da klubun qarşısında seçim imkanı yaradır. Ya futbolçunu gələn yay satmaq, ya da ona yeni müqavilə təklif etmək.
"Transfermarkt" postalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 03 Noyabr 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















