“Real”da ulduzların davası bazarı qarışdırdı Valverde gedir?
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
“Real Madrid”in ulduz futbolçusu Federiko Valverde komanda yoldaşı Orelyen Çuameni ilə yaşadığı insidentdən sonra Avropa nəhəngləri hərəkətə keçib.
“Qafqazinfo” AS nəşrinə istinadən xəbər verir ki, bir sıra yüksəksəviyyəli klublar 27 yaşlı yarımmüdafiəçinin Madrid klubundan mümkün gedişini gözləyirlər.
Məlumata görə, uruqvaylı futbolçunun transfer qiyməti 100-120 milyon avro arasında qiymətləndirilir. Oyunçunun xidmətində ən aktiv maraqlanan klub isə “Mançester Siti”dir. İngiltərə təmsilçisinin Valverdeni hələ 2025-ci ilin yayından bəri yaxından izlədiyi bildirilir. Bununla belə, vurğulanır ki, futbolçunun özü “Kral klubu”nu tərk etmək niyyətində deyil.
Qeyd edək ki, Valverde cari mövsümdə iştirak etdiyi 48 matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı ulduz yarımmüdafiəçinin bazar dəyərini 120 milyon avro olaraq göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 14 May 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















