Valverde “Real”ın kapitanı olacaq
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Real Madrid” rəhbərliyi yarımmüdafiəçi Federiko Valverdeyə tam etibar etməyə davam edir.
Uruqvaylı futbolçu gələn mövsüm komanda kapitanı olacaq və bu qərar hadisələrlə dolu bir il olmasına baxmayaraq yenidən nəzərdən keçirilməyib.
İdman.Biz bu barədə AS-a istindən xəbər verir.
Mənbənin məlumatına görə, Valverde məhsuldar mövsüm keçirib, eyni zamanda bəzi ziddiyyətli anları da yaşayıb, lakin klub onu layihənin liderlərindən biri hesab edir. Dani Karvaxalın “Real Madrid”dən ayrılmasından sonra kapitanlıq Valverdeyə veriləcək.
Valverde əvvəllər meydandakı mövqeyi ilə bağlı keçmiş məşqçi Xabi Alonso ilə mübahisə etmişdi. Bundan əlavə, 2026-cı ilin may ayında məşq zamanı Orelyen Tçuameni ilə mübahisə etmişdi. Hər iki oyunçu 500.000 avro cərimələnib. Buna baxmayaraq, klub uruqvaylı futbolçu ilə yollarını ayırmağı düşünməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 İyun 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















