“Real”dan zəng gələndə iki dəfə düşünmədim”
Icma.az, Apasport portalına istinadən məlumat verir.
“Real”ın yeni transferi Bernardo Silva Madrid klubunda keçirdiyi ilk məşqdən sonra təəssüratlarını bölüşüb.
Apasport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Marca”ya açıqlamasında “Kral klubu”ndan gələn təklifi tərəddüd etmədən qəbul etdiyini bildirib:
“Real”a qarşı dəfələrlə oynamışam. Bu klubun nə qədər böyük olduğunu, burada olmağın və “Santyaqo Bernabeu” kimi möhtəşəm stadionda çıxış etməyin nə demək olduğunu hiss edirsən. “Real” mənə zəng edəndə imtina etmək mümkün deyildi. Heç iki dəfə də düşünmədim. Ailəmə və Portuqaliyaya yaxın olmaq, oxşar mədəniyyətdə yaşamaq da qərarıma təsir etdi. Amma futbol tarixinin ən böyük klubunda oynamaq mənim üçün böyük imtiyazdır. Çox xoşbəxtəm”.
Qeyd edək ki, Bernardo Silva bu yay “Mançester Siti”dən ayrılaraq azad agent statusunda Madrid “Real”ına keçib.
Henderson rəsmən “Çelsi”də AL: “Trabzonspor” və “Beşiktaş”ın mümkün rəqibləri müəyyənləşib “Fənərbaxça” bu klubla qarşılaşacaq - ÇL pley-offunda Çexiyalı qapıçı "Nyukasl"da Lui van Qal Niderland millisinə qayıdır?
Baxış sayı:144
Bu xəbər 04 Avqust 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















