Icma.az
close
up
RU
Vinisiusun “Real”dan ayrılması real variantdı

Vinisiusun “Real”dan ayrılması real variantdı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Vinisius Junior La Liqanın son turunda – “Sevilya” ilə oyunda “Real”ın start heyətində yer aldı, özü də kapitan sarğısı ilə.

"Football-plus.az" xəbər verir ki, bu məqama təəccüblənməyə dəyməz: braziliyalı vinger komandanın 4 kapitanından biridi.
Vini meydanda olduğu 83 dəqiqə ərzində ortabab oyun göstərdi: oyundaşlarını iki dəfə zərbə mövqeyinə çıxardı, 9 driblinq cəhdindən altısı uğurlu oldu, “çərçivə”yə bir zərbə vurdu. Meqaulduz statusu prizmasından baxanda elə də yaxşı statistika deyil.
Ən pisi isə odu ki, o, qol vurmağı yadırğayıb – son 17 oyunda fərqlənməyib. Sonuncu dəfə oktyabrın əvvəlində “Vilyarreal”la oyunda fərqlənib və dayanıb.
“Real” azarkeşləri də braziliyalının performansından məmnun deyil. 83-cü dəqiqədə Qonsalo Qarsiya ilə əvəzlənərkən “Santyaqo Bernabeu”nun dolu tribunaları onu fit səsi ilə yola saldı. Vini oyunun gedişində azarkeşlərin səs-küyünə elə bir reaksiya verməsə də, oyundan sonra emosiyalarını gizlədə bilmədi: “instaqram” hesabından “Real” formasındakı şəklini çıxarıb yığma formasındakı şəklini qoydu, bundan başqa, çoxlu nöqtələrdən ibarət paylaşım etdi. Bu mesaj hər kəsə aydındı.
“Real”ın “Talavera”ya 3:2 qalib gəldiyi kubok oyunundan sonra da Vinisiusun adı arzuolunmaz şəkildə hallanırdı. İş ondadı ki, braziliyalı həmin oyunda ehtiyatda qaldı, amma meydan sahiblərinin 2-ci qolu vurduğu 91-ci dəqiqədə kədərlənmək əvəzinə Endriklə nə haqdasa danışır və gülürdü. Kameralar iki braziliyalının şənləndiyi anı tutmuşdu. “Real”dan heç kim bu olaya reaksiya vermədi.
İspaniya mediasının yazdığına görə, “Real” Vinisius ətrafındakı gərgin atmosferə görə çox narahatdı. Klub hələ ki futbolçunu dəstəkləyir, onun meydandakı inadkarlığını yüksək dəyərləndirir. Braziliyalı özü də optimal formadan uzaq olduğunu etiraf edir. Bəlkə də yanvara qədər olan məzuniyyət işə yarayacaq.
Vinisius “Real”la müddəti 2027-ci ildə başa çatacaq müqaviləni hələ də yeniləməyib. Tərəflər ortaq məxrəcə gəlməkdən çox uzaqdı. “The Athletic”in insayderi Mario Kortagena oktyabrda belə bir xəbər yaymışdı: vinger klub prezidenti Florentino Pereslə danışıb və bildirib ki, Xabi Alonso ilə münasibətləri tam korlanıb, indiki mərhələdə müqavilə müddətini uzatmağı düşünmür. Ancaq əsas məsələ baş məşqçi ilə bağlı deyil: “Real” Vinisiusa tələb etdiyi pulu vermək istəmir. Madrid nəhəngi braziliyalıya hər il üçün 20 milyon avro təklif edir, o isə 30 milyon istəyir.
Belə bir versiya da var idi ki, Vinisiusun agentləri “Real”ın Alonso ilə necə nəticə göstərəcəyini gözləmək üçün danışıqları bilərəkdən uzadır. Onlar bunun hesabına danışıqlarda üstünlük qazanmağa çalışacaqdı. Amma belə münasibət klubu əsəbləşdirir. Deyilənə görə, klub artıq yayda danışıqları dayandırıb. Madridli bosslar oyunçunun ötən mövsümündən narazıdı, danışıqlar masasına keçməmiş braziliyalının bir daha əvvəlki səviyyəyə dönüb-dönməyəcəyinə əmin olmaq istəyir.
Bu mövzuda daha bir yeni xəbəri nəzərinizə çatdırmaq istəyirik. Florentino Peres Vinisiusun klubdan ayrılmasında maraqlı deyil. Bu xəbəri “Radio Marca”ın efirində jurnalist Roberto Qomes yayıb. Onun dediyinə görə, klub prezidenti vingerin “Real”dan ayrılmasını istəmir, madridlilərin planı ondan ibarətdi ki, braziliyalı ilə müqavilənin müddəti mümkün qədər tez uzadılsın.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Yanvar 2026 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri