Realı xuliqan adlandırdı
Icma.az bildirir, Qol.az portalına istinadən.
"Liverpul"un sabiq futbolçusu Ceymi Karrager "Real"ı tənqid edib.
QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. O deyib:
"Real" xuliqandır. Xoşum gəlmir ki, onlar Trent Aleksander-Arnoldun və ya agentinin razılığından sonra kluba təklif göndəriblər. Onlara icazə verməsələr, təklif göndərməzlər. Amma hər kəs bilir ki, "Liverpul" imtina edəcək. Onda sizin məqsədiniz nədir? Nə səs-küy yaratmaq istəyirsiniz? "Liverpul" qışda Trenti satmayacaq, komanda çempionluq uğrunda mübarizə aparır. Sadəlövh olmayaq. Hazırda heç kəs oyunçu ilə danışmazdan əvvəl rəsmi təklif göndərmir".
Qeyd edək ki, "Real" daha öncə "Liverpul"a futbolçu Tren Aleksander-Arnold üçün təklif göndərib. Lakin İngiltərə klubu təklifi rədd edib.
Baxış sayı:109
Bu xəbər 07 Yanvar 2025 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















