Arda Gülər Realı tərk edir?
Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.
“Real Madrid”in futbolçusu Arda Gülərin transferi ilə bağlı yeni məlumatlar yayılıb.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, Ardanın karyerasını İngiltərədə davam etdirəcəyi iddia edilib. İspaniya mətbuatının məlumatına görə, türk futbolçu "Mançester Yunayted"ə transfer ola bilər.
Xəbərdə deyilir ki, nəhəng komandada əsas heyətdə oynamaq istəyən Arda Gülər icarə variantına razılıq verib və “Mançester Yunayted”in təklifini qəbul edə bilər. İngiltərə komandasının bu transfer üçün “Real Madrid”ə 1,5 illik icarə təklifi irəli sürdüyü deyilir.
"Mançester Yunayted"də çıxış edən Luis Saha İngiltərə mətbuatına Arda Gülər haqqında açıqlamalar verib. Saha Ardanın yeni dəyişikliyə ehtiyacı olduğunu qeyd edib.
Baxış sayı:80
Bu xəbər 24 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















