Icma.az
close
up
RU
“Real”ın klub telekanalı aranı qatdı

“Real”ın klub telekanalı aranı qatdı

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Real” – “Atletiko” oyununda meydan sahiblərinin qapısına təyin olunan şübhəli penalti İspaniyada gözlənilən reaksiyanı doğurub.

Həmişə olduğu kimi, “Real”ın klub telekanalı yenə də çox fəaldı. İdarəçiliyi tənqid edən həmkarlarımız xüsusən də 34-cü dəqiqədəki penaltini mikroskop altında gözdən keçirir. Xatırladaq ki, meydan sahiblərinin müdafiəçisi Orelyen Çuameni cərimə meydançasında “hindular”ın vingeri Samuel Linoya qarşı kobudluq etdiyinə görə referi Sesar Soto Qrado penalti nöqtəsini göstərib.
“Real” TV-nin efirində həmin epizoda reaksiya belə olub:

“Neqreyranın liqası. Heç nə yox idi: top uzaqlaşırdı, məhz Lino Çuameni ilə təmasa təşəbbüs göstərdi. Bu, Neqreyranın korrupsiyalaşmış liqasıdı”.


Xose Neqreyra İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin sabiq vitse-prezidentidi. İspaniya Prokurorluğu 2023-cü ilin fevralında Neqreyra ilə oğlunun nəzarət etdiyi şirkətlərin 2001-18-ci illər aralığında “Barselona”dan hakimliklə bağlı məsləhət xidmətinə görə 7,8 milyon avro aldığını müəyyənləşdirmişdi. Ötən il mayın 24-də Barselona Məhkəməsi həm klubun, həm də Neqreyranın üzərindən bütün ittihamları götürdü.
Bu arada Madrid derbisini idarə edən Sesar Soto Qrado ilə oyunun VAR hakimi Rikardo Benqoeçea arasında penalti epizodu zamanı gedən danışıqların mətni açıqlanıb.
VAR: bu hərəkəti o qədər də dəqiq çəkmək mümkün olmayıb, eşidirsiz?
Soto Qrado: eşidirəm. Ancaq Çuameni Linonun ayağına butsun “dişi” ilə basdı. Mənə daha bir rakurs verin. Bax gör, bu epizodu arxadan göstərən təkrar varmı?
VAR: əlimizdə olan ən yüksək keyfiyyətli kadr budu, Sesar. Qalan rakurslar çox qeyri-dəqiqdi.
Soto Qrado: onda mən penalti təyin edirəm. Yalnız penalti, futbolçuya vərəqə göstərmədən.
Girişdə vurğuladığımız kimi, “Real” TV hakimliklə bağlı məsələlərin müzakirəsində çox fəaldı. Klub telekanalı madridlilərin əleyhinə yönələn hakim qərarlarının statistikasını hazırlayıb. Belə ki, İspaniyada videotəkrar sistemi tətbiq olunandan bəri “Real”ın oyunlarında 109 dəfə VAR-ın müdaxiləsinə ehtiyac duyulub. VAR-ın qərarlarından 41-i bu komandanın lehinə, 68-i isə əleyhinə olub.
Klub telekanalı VAR qərarlarının “Real” üçün nisbətinin -27-yə bərabər olması üzərində xüsusi dayanıb. Ancaq “ağ şimşəklər”in əsas rəqibləri “Barselona” və “Atletiko”da belə qərarların balansı müsbətdi. Kataloniyalılarda +4, “hindular”da isə +9.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Fevral 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri